Modern.az

Pirallahı rayonunun simvolu inşa edilib - FOTOLAR

Pirallahı rayonunun simvolu inşa edilib - FOTOLAR

Təhsil

19 Fevral 2015, 16:12

Pirallahı rayonunun girişinin sol hissəsində rayonun simvolu inşa edilib. Rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, simvolun qarşısında yüksək zövqlə xüsusi daşlarla işlənmiş və müasir işıqlandırma sistemi ilə təmin olunmuş Azərbaycanın xəritəsi əks olunub. Simvol iki hissədən ibarətdir. Yuxarı hissə həm “P” hərfinə, həm də yelkənə bənzəyir, aşağı hissəsi isə qayıq formasındadır. Simvolun ümumi sahəsi 45 kvadrat metr, hündürlüyü isə 16 metr təşkil edir. Monumentin üzərində səkkiz guşəli ulduz yerləşir, ulduzun içində məşəl əks olunur. Abidənin gecə işıqlandırılması isə ona xüsusi gözəllik verir.  
Qeyd edək ki, simvolun ətrafında 3 min kvadrat metr sahəyə qazon örtüyü salınıb, ərazidə 1000-ə yaxın müxtəlif ağac və dekorativ bəzək kolları əkilib.



Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!