Modern.az

Ben Ladenin atasının evi satışa çıxarılıb

Ben Ladenin atasının evi satışa çıxarılıb

6 Sentyabr 2010, 13:34

Yerusəlimdə  (Qüds) “bir nömrəli terrorçu” elan edilmiş “Əl-Kaida”nın lideri Usama Ben Ladenin ata evi satışa çıxarılıb.  Modern.az yerli “Maariv” qəzetinə istinadən bildirir ki, evin hazırkı sahibi Muaynu Huri şərt irəlü sürüb və bildirib ki, evi yalnız Usəma Ben Laden ala bilər. 

 

İkimərtəbəli villa şəhərin elt məhəlləsi sayılan Şuafatda yerləşir. Ben Ladenin atası, “Saudi Binladen Group” tikinti şirkətinin əsasını qoyan Mühəmməd bin Laden bu evi ötən əsrin 40-cı illərində alıb. Usama bin Laden 60-cı illərin əvvələrində bu evdə bir müddət yaşayıb.

 

Misirlə “altı günlük müharibə” və Yerusəlimin İsrailə birlədirilməsindən sonra Ben Laden ailəsi Səudiyyə Ərəbistanına köçüb. 1980-cı ilə qədər bu evdə ispan konsulu yaşayıb. Sonra villanı israil biznesmeni alıb və sonda onu 1994-cü ildə bir neçə yüz min dollara Huriyə satıb.

11 sentyabr 2001-ci ildən sonra isə Ben Ladenin keçmiş evi turistlərin diqqətini cəlb edən yer olub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi