Modern.az

Toni Bleyer İslamı kommunizmə bənzətdi

Toni Bleyer  İslamı kommunizmə bənzətdi

6 Sentyabr 2010, 14:35

Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer radikal islamçılığın köklərinin hesab olunduğundan da daha dərin olduğunu bildirib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Bleyer bu barədə filosofluğunu Amerikanın ABS televiziyasına verdiyi müsahibədə açıqlayıb. “Radikal islamçılıq inqilabçı kommunizmə çox bənzəyir. Bu onun dini və mədəni bənzəri. Kökləri çox dərin, yayıldığı məkan geniş, islamın şərhi hesab olunduğundan çox dərindir”, -deyə Bleyer bildirib.

11 sentyabr hücumları zamanı baş verənləri tam olaraq anlaya bilmədiyini deyən Bleyer hesab eder ki, bu hücumları təşkil edib 3 mini insanı öldürənlər imkanları  olsaydı 30 min, hətta 300 min insanı belə öldürə bilərdi.

Xatırladaq ki, Bleyer  yeni kitabının təqdiomolunma mərasimini keçirib. Kitab İraq müharibəsi əleyhdarlarını qəzəbləndirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi