Modern.az

Prezident İlham Əliyev Əli Həsənova yeni vəzifə verdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Əli Həsənova yeni vəzifə verdi - SƏRƏNCAM

Aktual

23 Fevral 2015, 16:57

Azərbaycan Prezidenti İlham Əliyev Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla bağlı sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, dövlət başçısının sözügedən sərəncamı ilə Əli Məhəmmədəli oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

Əli Məhəmmədəli oğlu Həsənov 1960-cı ilin martında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. O, Azərbaycanın eks-prezidenti, mərhum Heydər Əliyevin SSRİ dönəmində respublikaya rəhbərliyi zamanı Moskvaya ali təhsil almağa göndərdiyi əlaçı tələbə kontingentinin tərkibində olub.
SSRİ-nin nüfuzlu ali məktəbi sayılan Moskva Dövlət Unversitetinin Tarix fakültəsini bitiirən Ə.Həsənov tarix elmləri doktorudur.
Əli Həsənov əmək fəaliyyətinə 1992-ci ildə Naxçıvan Dövlət Universitetindən başlayıb. Həmin il ali məktəbin tədris şöbəsinə inspektor təyin olunan Ə.Həsənov 1993-cü ilə qədər burada çalışıb. Daha sonra siyasi proseslərə qatılan Ə.Həsənov Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının fəal təşkilatçılarından olub.
1993-cü ildə mərhum Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Ə.Həsənov partiya strukturlarında işləməyə çağrılıb. O, 1994-95-ci illərdə  Yeni Azərbaycan Partiyasının ideologiya şöbəsinin müdiri təyin edilib. Bir il bu vəzifədə çalışdıqdan sonra Ə.Həsənov dövlət idarəçiliynə cəlb olunub.
1995-ci ilin sentyabrında hakim partiyada ideoloji işə cavabdeh olan Ə.Həsənov Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinə müdir müavini təyin olunub. O, 1996-cı ildən həmin şöbəyə rəhbərlik edir. 2005-ci ildən şöbə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi adlanır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir