Modern.az

Ənginar - “MƏHƏBBƏT BƏHRƏSİ” və qaraciyərin TƏBİİ DƏRMANI

Ənginar - “MƏHƏBBƏT BƏHRƏSİ” və qaraciyərin TƏBİİ DƏRMANI

Aktual

23 Fevral 2015, 23:07


Orqanizmdə 500-dən artıq funksiyanı yerinə yetirən qaraciyərin qorunması sağlamlıq üşün olduqca vacibdir. Bu həyati vacib orqanın profilaktikası və müalicəsi üçün isə ənginar (artişok) ən yaxşı təbii dərman və vasitədir. Bu bitki zəngin vitamin və mikroelementlərlə bütövlükdə orqanizm üçün bir çox faydalı xüsusiyyətlərə malikdir.

Modern.az saytı sağlamlıqla bağlı növbəti yazıda ənginarın faydalarından bəhs edir.

Xalq təbabətində ənginarın qurudulmuş yarpaqlarından, çiçəklərindən, kökündən, toxumlarından və şirəsindən istifadə olunur.

Ənginar qaraciyər hüceyrələrini bərpa edir, onları toksinlərdən qoruyur, zərərli maddələrdən təmizləyir və maddələr mübadiləsini tənzimləyir.

Ənginarın tərkibində olan sinarin aterosklerozun inkişafına mane olur. Bu bitkidən iki həftə istifadə etdikdən sonra xolesterenin səviyyəsi kəskin şəkildə aşağı düşür, insanın səhhətində nəzərəçarpacaq dərəcədə müsbət dəyişikliklər müşahidə olunur. Həmçinin sinarin orqanizmə ödqovucu və sidikqovucu təsir göstərir.

Bütün bunlarla yanaşı ənginarın tərkibində olan sinarin ən güclü təbii antioksidantldır ki, o, C vitamini ilə birlikdə sərbəst radikalların fəaliyyətini neytrallaşdırır, vaxtından əvvəl yaşlanmanın qarşısını alır, ürək-damar xəstəliklərinin və xərçəng hüceyrələrinin yaranmasına mane olur.

Ənginar yüksək qan təzyiqi olanlar üçün təbii dərmandır. Bu birkidən müntəzəm istifadə etməklə qan təzyiqini normada saxlamaq mümkündür.

Qanda şəkərin miqdarını tənzimləyən ənginar diabet xəstələri üçün də olduqca faydalıdır.

Avitaminoz zamanı ənginar şirəsindən istifadə etməklə orqanizmin vitamin tələbatını ödəmək olar.

Qədim Yunanstanda ənginardan cinsi fəallığın artırılması məqsədi ilə istifadə ediblər. Elə bir çox Avropa ölkələrində də toy mərasimlərində ailə quran cütlüyün masasına ənginar qoyulur. Ənginarın cinsi həvəsi artırmaq, potensiyanı gücləndirmək xüsusiyyətlərinə görə bu bitkiyə həm də “məhəbbət bəhrəsi” də deyilir.

Mədə xorası, mədə şirəsinin turşuluq dərəcəsi aşağı olanlar ənginardan məhdudiyyətlə istifadə etməlidirlər. Həmçinin qan təzyiqi aşağı olanlara da bu bitkidən istifadə etmək məsləhət görülmür.

İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...