Modern.az

Putin: “...Leninin cəsədinin dəfni məsələsi həllini tapacaq”

Putin: “...Leninin cəsədinin dəfni məsələsi həllini tapacaq”

7 Sentyabr 2010, 10:55

“Proletariatın dahi rəhbəri” Vladimir İliç Leninin Mavzoleydə olan nəşi rus ictima-siyasi fikrində bir sıra mübahisələrə yol açıb. SSRİ-nin süqutundan sonra siyasi-ideloji əhəmiyyətini itirən Leninin cəsədinin basdırılması məsələsi müzakirə mövzusudur. Bir sıra siyasi partiyalar və provoslav dini hərəkatları Leninin cəsədinin tezliklə torpağa basıdırlamasını vacib sayıblar. Rusiyanın baş naziri Vladimir Putin də bu müzakirələrə münasibətini bildirib. Modern.az-ın “Rosbalt” Agentliyinə istinadən bildirir ki, Putin bunun üçün zaman lazım olduğunu deyib. “Zamanı gələndə Leninin cəsədinin dəfni məsələsi həllini tapacaq. “Hər şeyin öz vaxtı var. Vaxtı gələndə rus xalqı Leninin cəsədi ilə nə etmək lazım olduğu barədə qərar verəcək” –deyə Putin bildirib. 

Bu ilin aprelində Leninin anadan olmasının 140 illiyində bolşevik liderinin dəfni barədə mübahisələr daha qızğın keçib. İctimai təşkilatlar Leninin Mavzoleydən götürülməsini və Ulyanovskda basdırılmasını tələb ediblər.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu