Modern.az

"Xalq qəzeti"nin fotomüxbiri Londona səyahət etmək hüququ qazanıb

"Xalq qəzeti"nin fotomüxbiri Londona səyahət etmək hüququ qazanıb

7 Sentyabr 2010, 11:36

Modern.az xəbər verir ki, British Midland İnternational (bmi) və Photoclub Azərbaycan tərəfindən keçirilən “Mənim ən yaxşı səyahət şəklim” müsabiqəsinin qalibi seçilib. “Mənim ən yaxşı səyahət şəklim” müsabiqəsi fotojurnalistlər və media ilə əməkdaşlıq edən fotoqraflar üçün bir ay əvvəl başlamışdı.

 

Müsabiqədə iştirak etmək üçün müsabiqə iştirakçıları səyahət zamanı çəkdikləri ən yaxşı fotoşəkli təqdim etməli idilər. bmi  şirkətinin və Photoclub Azərbaycanın nümayəndələrindən ibarət jüri İlqar Rüstəmovu “Dubay mənzərəsi” şəklinə görə qalib seçib.

 

İlqar Rüstəmov “Xalq qəzeti"ndə fotomüxbir kimi çalışır. Müsabiqənin şərtlərinə görə İlqar Rüstəmov bmi şirkətindən Londona üçgünlük səyahət etmək hüququ qazanıb. Səyahət zamanı, o, Böyük Britaniya paytaxtının ən gözəl yerlərinin şəkillərini çəkə biləcək.

 

Səfərini başa vurduqdan sonra müsabiqənin qalibi London səfəri haqda fotoreportaj təqdim edəcək. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?