Modern.az

Jurnalistlər üçün yeni müsabiqə elan olunub

Jurnalistlər üçün yeni müsabiqə elan olunub

Qarabağ

7 Sentyabr 2010, 14:54

Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu ictimai vəsaitlərin istifadəsində hesabatlılıq, şəffaflıq və səmərəlilik mövzulu jurnalist müsabiqəsinin növbəti mərhələsini elan edib. Müsabiqənin ilkin mərhələsində jurnalistlərdən seçdikləri mövzu üzrə maksimum 400 sözlük konsepsiya tələb olunur. Konsepsiyada araşdırmanın necə aparılması barədə məlumat əks etdirilməlidir. Bu mərhələdə qalib gələn jurnalistlər növbəti mərhələdə iştirak imkanı qazanır.

Növbəti mərhələdə isə jurnalistlər tərtib etdikləri konsepsiya üzrə araşdırma yazısı hazırlayıb mətbuatda çap etdirir və birinci mərhələ qalibi kimi 200 ABŞ dolları həcmində mükafat əldə edirlər. İkinci mərhələdə mükafatların məbləğini və sayını araşdırmaların keyfiyyətindən asılı olaraq müsabiqə komissiyası müəyyən edəcək. Müsabiqənin ümumi mükafat fondu 10 000 ABŞ dollarıdır.

Konsepsiyalar [email protected][email protected] ünvanına “müsabiqə üçün” başlığı altında və ya Həsən Əliyev, 117 A ünvanına göndərilməlidir. Konsepsiyaları təqdim etmək üçün son tarix 25 sentyabr 2010-cu ildir. Əlavə məlumat üçün 564 34 75 (daxili nömrə: 326) telefonu ilə əlaqə saxlamaq olar. 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır