Modern.az

Avropalı tələbələr QHT-lərə Dövlət Dəstəyi Şurasında olublar

Avropalı tələbələr QHT-lərə Dövlət Dəstəyi Şurasında olublar

Qarabağ

7 Sentyabr 2010, 18:27

Bu gün Azərbaycan Tələbələr Birliyinin dəvəti ölkəmizdə rəsmi səfərdə olan Avropa Tələbələr Birliyinin nümayəndələri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında olublar.  

Modern.az-ın məlumatına görə, 5 nəfərin təmsil olunduğu nümayəndə heyətinin Şuraya səfərinin məqsədi bir müddət öncə bu mötəbər quruma assosiativ üzv olmuş Azərbaycan Tələbələr Birliyi ilə daha yaxından tanış olmaq və quruma tamhüquqlu üzv qəbul etmək üçün onu dəstəkləyən qurumlarla fikir mübadilələri aparmaq idi.

Qonaqları qəbul edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov onlara Şura və onun fəaliyyəti haqqında geniş məlumat verib, Azərbaycan Tələbələr Birliyi ilə əməkdaşlıq məsələlərinə toxunub. F.Qurbanov qonaqları maraqlandıran sualları cavablandırıb və fikir mübadilələri aparıb.

Estoniya, Hollandiya, Bolqarıstan, Serbiya və Polşanın milli tələbələr birliyini təmsil edən qonaqlar səmimi qəbula görən F.Qurbanova təşəkkür edib və xatirə şəkili çəkdiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutan səfər çərçivəsində qonaqlar universitet rəhbərləri, tələbə təşkilatları, regionlardakı kolleclər və bir sıra dövlət qurumları ilə də görüşlər keçirəcəklər. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü