Modern.az

Gənclər təşkilatları Azərbaycandakı QHT-ləri Pakistana yardıma çağırır

Gənclər təşkilatları Azərbaycandakı QHT-ləri Pakistana yardıma çağırır

7 Sentyabr 2010, 18:31

st1:*{behavior:url(#ieooui) }

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi və “Sağlam İnkişaf və Maarfləndirmə” İctimai Birliyi Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarını və vətəndaş cəmiyyəti ququculuğunda iştirak edən digər QHT-ləri son zamanlar Pakistanda baş vermiş daşqınlarla bağlı həmin ölkənin əhalisinə yardım etməyə çağırıb. Bu barədə Modern.az-a məlumat verən “Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin sədri Vüsalə Hüseynova bildirib ki, son zamanlar Pakistanda baş verən təbii fəlakətlə bağlı ölkədəki durum göz önündədir: “Qardaş ölkənin əhalisinin Azərbaycana olan isti münasibətini həmişə hiss etmişik. Rəsmi İslamabad Azərbaycana həmişə dost münasibəti ilə fərqlənib. Eyni zamanda Pakistan bizim starteji mütəfiqimizdir. Azərbaycanın müstəqilliyini tanıyan ikici dövlət də məhz Pakistan olub.  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini bütün beynəlxalq tədbirlərdə ardıcıl dəstəkləyib və bu uğurla davam etdirir.  Fəlakət zamanı Azərbaycan qardaş Pakistan xalqına  yardım edən ilk ölkələrdən oldu. Məhz bu isti münasibətlərin nəticəsidir ki cənab president İlham Əliyevin sərəncamı ilə Azərbaycan xalqı adından bu ölkənin əhalisinə yardım edilmişdir. Ümidvariq ki, ölkə başçısının bu nəcib addımından Vətəndaş Cəmiyyəti Quruculuğunda iştirak edən gənclər və Qeyri Hökumət Təşkilatları da nümunə götürərək  qardaş Pakistan xalqına yardım edəcəklər.”

V.Huseynovanın sözlərinə görə Pakistana yardım etmək istəyən təşkilatlar bu ölkənin Azərbaycandakı Milli Bankına  müraciət edə bilərlər.

Qeyd dək ki, Pakistandakı sel, daşqın fəlakəti nəticəsində 20 milyon insan zərər çəkib, öz ev-eşiyini itirib, 2000-dən artıq insanın həyatına son qoyulub, 7 minə yaxın kənd sel suları altında qalıb, ölkənin yaşayışına, əmlakına və fiziki infrastrukturuna külli miqdarda ziyan dəyib. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu