Modern.az

Nar Mobile bayrağı ən yüksək zirvələrdə (fotolar)

Nar Mobile bayrağı ən yüksək zirvələrdə (fotolar)

Qarabağ

8 Sentyabr 2010, 16:59

Nar Mobile Azərbaycanın ən hündür zirvəsi Bazardüzünü fəth edib!

Avqustun 24-28 tarixlərində Nar Mobile və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) təşkilatçılığı ilə Azərbaycanın ən yüksək zirvəsi olan Bazardüzünə yürüş təşkil edilib. Yürüşdə təcrübəli alpinist heyətilə yanaşı, ümumilikdə 8 nəfər olmaqla, Nar Mobile əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və jurnalistlər iştirak edib.

 

Yürüş zamanı iştirakçılar Azərbaycanın füsunkar təbiət ilə tanış olmaqla yanaşı ən yüksək zirvəsi Bazardüzündə olaraq, öz yaxınları ilə tez-tez telefonla ünsiyyətdə olaraq, sevinc hisslərini bölüşürdülər. Böyük məmnuniyyətlə qeyd etmək olar ki, Nar Mobile gündən-günə genişlənən şəbəkəsi ilə artıq bütün Azərbaycan ərazisini əhatə edir. Bununla da ölkəmizin hətta ən ucqar guşələrində belə  Nar Mobile istifadəçiləri yüksək keyfiyyətli, müxtəlif rabitə xidmətlərilə təmin edilir.   

 

Qeyd edək ki, Böyük Qafqazın ən yüksək dağ silsilələrindən olan Bazardüzünün hündürlüyü 4466 metrdir.

Bazardüzünə yürüş İctimai Televiziyanın səyyar kameraları ilə yüksək səviyyədə işıqlandırılıb. Qeyd edək ki, yürüşün məqsədi avqustun 27-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) fəaliyyətə başlamasının beş illik yubiliyinə həsr edilib.

 

Bazardüzü zirvəsində olan yürüş iştirakçıları qeydiyyat dəftərində iştirakçıların adlarını qeyd edərək sonda Nar Mobile və İTV bayrağını dalğalandırıblar. Bununla da, Bazardüzünə yürüş uğurla başa çatıb.

  

 

 

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir