Modern.az

Kondoliza Rays Corc Buşun üstünə niyə qışqırıb?

Kondoliza Rays Corc Buşun üstünə niyə qışqırıb?

Təhsil

8 Sentyabr 2010, 11:33

Londonda nəşr olunan The İndependent qəzeti Amerikanın sabiq prezidenti Corc Buş və onun dönəmində prezidentin milli məsələlər üzrə müşaviri işləmiş Kondoliza Rays arasında yaşanmış ilginc hadisəni ilk dəfə açıqlayıb. Modern.az xəbər verir ki, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda  terrorçular qaçırdıqları ikinci təyyarəni Ümumdünya Ticarət Təşkilatının binasına yönəltdikdən 30 dəqiqə sonra Raysın  prezident Buşla  çox yüksək tonda danışığı olub. Buş telefonla Raysı təyyarə ilə Ağ evə qayıtmaq planları barədə xəbərdar etmək istəyib.  Bu o vaxt baş verirdi ki, Ağ evin özü də terrorçuların mümkün hədə obyekti kimi gözdən keçirilirdi. Buş Ağ evə qayıtmaqla şəhərdə təhlükəsizliyə nəzarəti öz əlinə almağı düşünürmüş.

 

Rays Buşa bir neçə dəfə getdiyi Florida ştatında daha təhlükəsiz yerdə qalmağı məsləhət görüb. Buş Raysa etiraz etmək istəyəndə xanım siyasətçi səsinin tonunu qaldıraraq prezidentə etiraz edib və telefonun dəstəyini yerə qoyub.

 

“Prezident mənə zəng edərək dedi ki, “mən qayıdıram”. Mən ona dedim ki, siz bura qayıda bilməzsiniz. Amerika Birləşmiş Ştatları hücuma məruz qalıb. Siz təhlükəsiz yer tapmalısınız. Biz bilmirik, burada daha nələr olacaq. Lakin o yenə də “mən qayıdarm” dedi”deyə  Rays Brtaniya sənədli filminə çəkilişi zamanı bildirib.

 

“Mən ona yenə də “siz qayıda bilməzsiniz” dedim Mən bunu prezidentə yüksək tonda dedim, mən əvvəllər heç vaxt prezidentə səsimi qaldırmamışdım. Mən trubkanı atdım. Prezident məndən çox küsdü. Mən prezidenti çoxdan tanıyıram və mən bilirdim ki, o, yalınz bir şeyi istəyirdi – təyyarənin şturvalı arxasına keçmək və Nyu-Yorka uçmaq”,-deyə Rays xatırlayır.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır