Modern.az

Milli Ordumuz bir əsgərini itirdi

Milli Ordumuz bir əsgərini itirdi

2 Mart 2015, 13:06

Azərbaycan Milli Ordusu bir əsgərini itirib. Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edən 28.08.1990-cı ildə anadan olmuş, 07.01.2015-ci ildə Qusar rayonundan hərbi xidmətə çağırılmış əsgər Pərvanayev Vicay Gülmət oğlu ilkin araşdırmaya əsasən kəskin ürək və tənəffüs çatışmazlığı səbəbindən martın 2-də vəfat edib.
Hazırda məhkəmə-tibb ekspertizası araşdırma aparır.
Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanılıb.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Allah rəhmət eləsin.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?