Modern.az

Müsavat və AXCP seçki blokunu yaratdı

Müsavat və AXCP seçki blokunu yaratdı

Təhsil

8 Sentyabr 2010, 13:53

Müsavat Partiyasının qərargahında AXCP və Müsavat partiyalarının iclası sona çatmaq üzrədir. Modern.az  Müsavat partiyasının mətbuat xidmətinə istinadən bildirir ki, İsa Qəmbərin yanında Divanın iclası keçirilir. Partiyanın akt zalında isə səhərdən AXCP Ali Məclisinin sessiyası başlanıb və davam edir. Müzakirələr artıq yekunlaşıb və hər iki partiya seçki blokunun qurulmasına razılıq verib. AXCP Ali Məclisinin (AM) sessiyasında Müsavat Partiyası ilə AXCP arasında 90 dairə üzrə razılaşdırılmış vahid namizədlər siyahısı təsdiqlənib.

Yaxın dəqiqələrdə Müsavat və Xalq Cəbhəsi liderləri İsa Qəmbərlə Əli Kərimli birgə mətbuat konfransı keçirib bloku rəsmən elan edəcəklər. Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi