Modern.az

Rusiya Ukraynada məğlub olarsa: "Ermənistan Azərbaycanla dialoqa məcbur olacaq"

Rusiya Ukraynada məğlub olarsa: "Ermənistan Azərbaycanla dialoqa məcbur olacaq"

Aktual

2 Mart 2015, 23:20

 

“Ermənistanın Avropa inteqrasiyasından imtina etməsi kobud siyasi səhv idi. Bu imtina və Avrasiya İqtisadi İttifaqına üzvlük indinin özündə də Ermənistanda mövcud olan problemləri həll edə bilmədi. Avrasiya İqtisadi İttifaqına üzvlü Qarabağ münaqişəsinin həllini nəzərdə tutmur”.

Modern.az saytı xəbər verir ki, bu fikirləri Ermənistanın 1in.am portalına müsahibəsində ukraynalı politoloq Vitaliy Portnikov deyib.

Ekspertin sözlərinə görə Avrasiya İqtisadi Birliyinin üzvləri olan Qazaxıstan və Belarus gömrük məsələlərinin nizama salınmasında ciddi rol oynayan dövlətlərdir. Dağlıq Qarabağla Ermənistan arasında sərhəd məntəqəsinin olmamasına diqqət çəkən Vitaliy Portnikov hesab edir ki, Avrasiya İqtisadi İttifaqı bu məsələdə rəsmi Yerevanın xeyrinə qərara qəbul etməyəcək.

Politoloqun fikrincə, Avrasiya Birliyinə üzvlük Moskvaya Qarabağ məsələsini həll etməyə şərait yaratsa da, Rusiya bu problemin həllində maraqlı deyil.

Analitik düşünür ki, Azərbaycan Avropa Birliyi ilə gec-tez assosiasiya sazişi imzalasa idi  bu, regionda görünməmiş təhlükəsizlik vəziyyəti yaradar və Dağlıq Qarabağ konfliktinin tənzimlənməsində stimulverici amil olardı.  “Bu, hər iki tərəfi Qarabağ münaqişəsinin həllini tapmağa məcbur edəcəkdi. Mən yaxın onilliklərdə Ermənistan və Azərbaycan arasında dostluq münasibətlərinin olacağını güman edirəm. Hesab edirəm ki, Ermənistan və Azərbaycan arasında soyuq sülh olacaq, hansı ki, Yunanıstan və Türkiyə arasında bir neçə onilliyə dayanan belə münasibət mövcuddur”.  

Ukrayna böhranı fonunda Rusiyanın Cənubi Qafqaz siyasətini şərh edən Vitaliy Portnikov bildirib ki, Ermənistan Kremlin çox ciddi təsirinə hazırlaşmalıdır. O qeyd edib ki, Rusiya Ukraynada məğlub olduqdan sonra yaxın illər ərzində güclü təsiri olan ərazilərdən geri çəkilməyə məcbur olacaq. “Rusiya, Belarusdan, Mərkəzi Asiya, həm də Qafqazdan gedəcək. Lakin bu zaman başqa oyunçuların təsiri müşahidə ediləcək. Bu zaman Ermənistan Rusiyanın ona verdiyi təsiri və təhlükəsizliyin zəmanətlərini əvəz etmək haqqında düşünməlidir”,-deyə ekspert söyləyib.      

Vitaliy Portnikov Yerevana  Rusiyanın Dağlıq Qarabağ ərazisində elan edilmiş “müstəqilliyin” zamini olmadığını da xatırladıb. Bu kontekstdə gözlənilən perspektivlərə toxunan politoloqun qənaətinə görə, Ermənistan Türkiyə, Avropa Birliyi və ABŞ-la Qarabağ münaqişəsinin mümkün həll variantlarını tapmaq üçün  Azərbaycanla dialoqa başlamağa məcburdur.  

Aqşin Kərimov  


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır