Modern.az

İqtisadiyyatı çökən 15 ən bədbəxt ölkənin adı açıqlandı - SİYAHI

İqtisadiyyatı çökən 15 ən bədbəxt ölkənin adı açıqlandı - SİYAHI

Aktual

3 Mart 2015, 13:44

ABŞ-ın “Bloomberg” agentliyi dünyanın “ən bədbəxt iqtisadiyyata“ malik 15 dövlətinin adını açıqlayıb. Modern.az sayt xarici KİV-ə istinadən xəbər verir ki, agentlik həmin ölkələrin 2015-ci il ərzində çox ağır durumda olacağını ehtimal edir. Reytinq üçün əsas kriteriyalar ölkələrin artan xarici borc və işsizlik faizi olub.

Bədbəxt iqtisadiyyata malik ölkələrin başında Venesuela gəlir. Ondan sonra reytinqdə Argentina, 3-cü yerdə isə Cənubi Afrika Respublikası qərar tutub. Növbəti yerlərdə Ukrayna (4), Yunanıstan (5), İspaniya (6), Rusiya (7), Xorvatiya (8) qərarlaşıb.
“Bloomberg” agentliyi Türkiyə iqtisadiyyatını 9-cu pilləyə yerləşdirib.

Siyahıda növbəti yeri Portuqaliya (10), İtaliya (11), Kolumbiya (12), Braziliya (13) və Slovakiya (14) tutur.

“Bloomberg”in tərtib etdiyi reytinq cədvəlini İndoneziya (15) qapadır.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı