Modern.az

Azər Həsrət deputatlığa namizədliyini irəli sürdü

Azər Həsrət deputatlığa namizədliyini irəli sürdü

8 Sentyabr 2010, 16:40

8 sentyabr  tarixində Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı, müstəqil jurnalist, fərdi sahibkar Azər Həsrət 34 saylı Xətai II seçki dairəsindən öz təşəbbüsü ilə müstəqil şəkildə deputatlığa namizədliyini irəli sürməsi haqqında müvafiq sənədləri Dairə Seçki Komissiyasına təqdim edib. Bu barədə Modern.az-a Azər Həsrətin seçki qərargahından məlumat verilib.

Qeyd edək ki, Dairə Seçki Komissiyası namizədliyə iddialı şəxsin ərizəsinə ən geci beş gün ərzində baxmalıdır. Bundan sonra namizədliyi irəli sürülən şəxsə vətəndaşlardan imza toplaması üçün gərəkli sayda təsdiqlənmiş imza vərəqləri verilməlidir. Hazırda qüvvədə  olan Seçki Məcəlləsinə görə, deputatlığa namizədi qeydə almaq üçün ən azı 450 etibarlı imza Dairə Seçki Komissiyasına təqdim edilməlidir.

Builki seçki yarışmasında ilk addımını atan Azər Həsrət bildirib ki, Dairə Seçki Komissiyası uyğun qərar qəbul etdikdən dərhal sonra imza toplanması kampaniyasına başlayaraq ən qısa müddətdə prosesi bitirməyi düşünür. O, həmçinin qeyd edib ki, builki seçkilərdə qanunun aliliyinin təmin ediləcəyinə şübhəsi olmadığı üçün yarışmaya qoşulur.

Əlavə edək ki, bu, Azər Həsrətin dördüncü seçki yarışmasıdır. O, 1995, 2000 və 2005-ci illərdə keçirilən Milli Məclis seçkilərində də iştirak edib. 1995-ci il seçkilərində kampaniya apara bilməsə də (tələbəlik dövrünə düşüb), 2000-ci ildə ən yüksək hazırlıqla seçkiyə qatılıb. A.Həsrət deyib ki, 2005-ci ildə isə səs gətirən kampaniya apararaq faktiki qalib gəlsə də, seçki prosesinə kənar müdaxilələr sonucu MM-ə düşə bilməyib.

Yeri gəlmişkən, Azər Həsrət 34 saylı Xətai II seçki dairəsindən namizədlik üçün sənəd təqdim edən ilk və hələlik tək şəxsdir.

Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir