Modern.az

Azərbaycanda 667 müharibə veteranı qalıb - AÇIQLAMA

Azərbaycanda 667 müharibə veteranı qalıb - AÇIQLAMA

4 Mart 2015, 10:17

1941-ci il iyunun 22-də faşist Almaniyası müharibə elan etmədən Sovet İttifaqına hücuma keçdi. Ölkənin ordu və əhalisi müharibəyə hazır olmadığından ilk gündə 1200 sovet təyyarəsi məhv edildi.

1941-ci ildən 1945-ci ilədək davam edən müharibə zamanı ordu sıralarına Azərbaycandan 600 min nəfərdən çox insan cəlb edilib.

Azərbaycan SSR-in ərazisində 87 tabor, 1123 özünümdafiə dəstəsi yaradılıb, 77-ci atıcı, 223-cü atıcı, 396-cı atıcı, 402-ci atıcı və 416-cı atıcı diviziyalar formalaşdırılıb. Böyük Vətən Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlara görə 128 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bu şərəfli ada iki dəfə layiq görülən Həzi Aslanov olub. Sovet İttifaqı Qəhrəmanı adını alanlardan 42-i nəfər milliyyətcə azərbaycanlı idi, onlardan 14-ü ölümündən sonra bu ada layiq görülmüşdü.

İlk Sovet İttifaqı Qəhrəmanı adını alan azərbaycanlı isə leytenant İsrafil Məmmədov olub.   Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2015-ci il yanvar ayının 1-i vəziyyətinə Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərən şəxslərə təyin olunan təqaüdü alan 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 551 nəfər, Böyük Vətən Müharibəsi əlillərinin sayı isə 664 nəfərdir”.  

Komitədən onu da bildiriblər ki, 2014-cü il yanvar ayının 1-i vəziyyətinə Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərən şəxslərə təyin olunan təqaüdü alan 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 667 nəfər, Böyük Vətən Müharibəsi əlillərinin sayı 1057 nəfər olub.  

Qeyd edək ki, Hitler faşizmi üzərində qələbənin 68-ci ildönümü münasibətilə 2013-cü il aprelin 23-də prezident İlham Əliyev “Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” sərəncam imzalayıb. 

Sərəncamda 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarına 700 manat məbləğində, Böyük Vətən Müharibəsində həlak olan və ya sonralar vəfat edən döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilənlərə, İkinci Dünya Müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına 300 manat məbləğində birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulur.  

Gülşən RAUFQIZI


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir