Modern.az

«Demokratiya» seçki bloku qeydiyyat üçün MSK-ya müraciət edib

«Demokratiya» seçki bloku qeydiyyat üçün MSK-ya müraciət edib

Təhsil

8 Sentyabr 2010, 17:38

Vətəndaş Həmrəyliyi  Partiyasının  (VHP) və Demokratik İslahatlar Partiyalasını (DİP) birləşdirən «Demokratiya» blokun seçkilərlə bağlı işçi qrupu yaradılıb.  

Eyni zamanda hər iki partiya Siyasi Şurasının qərarı ilə blokun səlahiyyətli nümayəndələri də müəyyənləşdirilib. Blokun səlahiyyətli nümayəndələrin sentyabrın 8-də keçirilən iclasında blokun bütün sənədləri təsdiq edilərək, qeydiyyat üçün  Mərkəzi Seçki Komissiyasına təqdim edib. Qeyd edək ki, blokun səlahiyyətli nümayəndələrinin birgə içlasında “Demokratiya” Blokunun emblemi də təsis edilib.

«Demokratiya» bloku sentyabrın 6-da partiyalararası sazişlə yaradılıb və ictimaiyyətə təqdim olunub. Hazırda 07 noyabr 2010-cu il tarixinə təyin edilmiş Dördünçü çağrış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak edəcək blokun vahid namizədlərinin müəyyənləşdirilməsi prosesi gedir.     Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır