Modern.az

Həbsxanadan 800 nəfər qaçıb

Həbsxanadan 800 nəfər qaçıb

8 Sentyabr 2010, 17:43

Nigeriyanın şimalında yerləşən Bauçi şəhər həbsxanasından 800 nəfər məhbus qaçıb. Modern.az Assoşeytd –Press Agentliyinə istinadən bildirir ki, bu qaçış həbsxanaya edilən silahlı hücumdan sonra mümkün olub. Atışma nəticəsində türmənin 4 əməkdaşı öldürülüb. Yerli polis komissarı Danlami Yaradua bildirib ki, hucumu “Boko Haram” radikal şəbəkənin üzvləri təşkil edib.

Komiisar həmçinin deyib ki, qaçanlar şəhəri əhatə keçilməz meşəliklə əhatə olunmuş dağlarda gizlənirlər.

“Boko Haram” 2009-cu ildə Nigeriyada bir neçə terror aktı həyata keçirən radikal islamyönlü terror təşkilatıdır. Qaçan məhbuslar məhz bu təşkilatın üzvləri olub. Həbsxananın mühafizəsini hərbi polis həyata keçirirmiş..

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?