Modern.az

Daha bir baş redaktor deputatlığa namizədliyini irəli sürəcək

Daha bir baş redaktor deputatlığa namizədliyini irəli sürəcək

8 Sentyabr 2010, 18:59

«Reytinq» qəzetinin baş redaktoru Afiq Mirzəbəyli parlament seçkilərində iştirak etməyi düşünür. Modern.az saytına açıqlamasında A.Mirzəbəyli bildirib ki, o, hələ 2005-ci ildə 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən deputatlığa namizəd olub.
Amma indi MSK-nin seçki dairələrində apardığı dəyişiklik onu da seçki dairəsini dəyişmək məcburyyətində qoyub: «2005-ci ildə 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən deputatlığa namizəd kimi kifayət qədər iş görmüşdüm və bu dəfə həmin dairədəki seçicilərin etimadını qazanmaq mənim üçün daha asan olacaqdı. Lakin Mərkəzi Seşki Komissiyası bu dəfə 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd dairəsini 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinə çevirib. Bu dairədəki füzulili seçicilər isə 83 saylı Ağcabədi–Füzuli seçki dairəsində səs verəcəklər. Yəni, seçicilərim iki dairə arasında bölünüb. Mənə dəstək verən seçicilərin böyük hissəsi isə 83 saylı Ağcabədi–Füzuli dairəsində olduqları üçün bu dairədən namizəd olamaq məcburiyyətindəyəm. Hər halda, bu dairədə uğur əldə etmək imkanlarım böyükdür».

A.Mirzəbəyli yeni formalaşdırılan 83 saylı Ağcabədi–Füzuli seçki dairəsində real vəziyyəti qiymətləndirib, həmin bölgədəki bəzi seçicilərlə və nüfuzlu şəxslərlə məsləhətləşdikdən sonra namizəd olacağı ilə bağlı qəti qərarı verəcəyini deyib.

Modern.az
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir