Modern.az

Qüdrət Həsənquliyev də seçki dairəsini dəyişdi

Qüdrət Həsənquliyev də seçki dairəsini dəyişdi

8 Sentyabr 2010, 19:14

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli Modern.az saytına bildirib ki, bu gün BAXCP-də parlament semkilərində iştirak edəcək namizədlərin müəyyənləşdirilməsi ilə bağlı toplantı keçirilib. ”Çox güman ki, namizənin siyahısı sabah, ya da o biri gün açıqlanacaq. Əvvəlcə müəyyənləşdirilən namizədlər siyahısına yeni dəyişikliklər edildi. Dəyikliklər müvafiq qaydada sənəd halına salınandan sonra rəsmi açıqlama veriləcək”. Müsahibimiz deyib ki, BAXCP sədri Qüdrət Həsənqüliyev də dairəsini dəyişib. O, hazırda deputatı olduğu 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən namizədliyini irəli sürməyəcək. Qüdrət Həsənqüliyev 7 saylı Ordubad-Culfa dairəsindən seçkiyə qatılacaq. Artıq bununla bağlı rəsmi qərar qəbul olunub. Qeyd edək ki, hazırda

7 saylı Ordubad-Culfa seçki dairəsini Milli Məclisdə yazıçı Əkrəm Əylisli təmsil edir. Ə.Əylisli növbəti seçkidə namizədliyini irəli sürməyəcəyini bəyan edib.

Mail Ağaxanov 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər