Modern.az

Naxçıvandakı nazirliyin idarə rəisi Bakıdakı QHT sədrini hədələyib

Naxçıvandakı nazirliyin idarə rəisi Bakıdakı QHT sədrini hədələyib

Qarabağ

8 Sentyabr 2010, 19:32

Bu gün saat 17.10 radələrində özünü Naxçıvan MR-ın İqtisadi İnkşaf Nazirliyinin idarə rəisi kimi təqdim edən Famil Seyidov adlı şəxs Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova telefon açaraq ona hədə-qorxu gəlib. Bu barədə Modern.az saytına E.Hüseyovun özü məlumat verib. “Famil Seyidov adlı şəxs bildirdi ki, “sən nə üçün Naxçıvandakı “Filiz” zavodunun  istehsal etdiyi 2 kiloqramlıq duzun yodsuz olduğunu cəmiyyətə açıqlamısan?”” - deyə AİB sədri bildirib.

Eyyub Hüseynov deyib ki, Azad İstehlakçılar Birliyi iki ildən artıqdır ki, yodsuz duzun satılması ilə bağlı monitorinq aparır və belə məhsulların Azərbaycan bazarına çıxarılmasının qarşısını almağa çalışır. Çünki, qanun da yodsuz duz satışını qadağan edib. “Həmin duzlar insan orqanizminə zərərlidi, eyni zamanda biz istəmirik ki, bəzi qapalı yerlərdə, o cümlədən də Milli Ordunun mətbəxində yodsuz duzlardan istifadə etsinlər”.

Sonda E.Hüseynov onu da bildirib ki, dövlət məmurunun qanunsuz istehsalı dəstəkləməsi və ona hədə-qorxu gəlməsi ilə bağlı müvafiq dövlət qurumlarına müraciət unvanlayacaq. Mail Ağaxanov 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı