Modern.az

Prezident köçkünlərin yemək xərcini, şəhid alilələrinin müavinətini artırdı

Prezident köçkünlərin yemək xərcini, şəhid alilələrinin müavinətini artırdı

8 Sentyabr 2010, 20:31

Prezident İlham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləğinin artırılması haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətinin məlumatına görə, sərəncama əsasən, məcburi köçkünlərə adambaşına yemək xərci üçün verilən aylıq müavinətin məbləği 2010-cu il sentyabrın 1-dən artırılaraq 15 manat müəyyən edilib.

Qeyd edək ki, indiyədək məcburi köçkünlərə adambaşına ayda 13 manat 50 qəpik müavinət verilirdi.

Prezidentin bu gün imzaladığı fərmanla isə şəhid ailələrinə verilən aylıq müavinətin də məbləği artırılıb. Belə ki, şəhid ailələrinə verilən 100 manat məbləğində aylıqPrezident təqaüdü” 50 faiz artırılaraq 150 manata çatdırılıb. Bu sərəncam və fərman sentyabrın 1-də qüvvəyə minib. Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir