Modern.az

Hillari Klinton Quranın yandırılması planını pisləyib

Hillari Klinton Quranın yandırılması planını pisləyib

9 Sentyabr 2010, 12:14

ABŞ dövlət katibi Hillari Klinton Florida kilsəsinin pastoru Terri Consun sentyabr ayının 11-də  Quranın nüsxələrinin yandırılması planını ”hörmətsizlik və rüsvayçılıq” kimi qiymətləndirib. Modern.az  BBC-yə istinadən xəbər verir ki, xanım Klinton bu barədə ABŞ  Dövlət Departamentində təşkil edilən iftar yeməyi zamanı bildirib.ABŞ-ın Əfqanıstandakı qüvvələrinin komandiri, general Deyvid Petreas və NATO-nun baş katibi Fog Rasmussen də xəbərdarlıq veriblər ki, müsəlmanların müqəddəs kitabının yandırılması Qərb qüvvələrinə təhlükə yarada bilər. Kilsənin nümayəndəsi, keşiş Terri Cons xaricdəki amerikalıların təhlükəyə düşə bilməsi barədə xəbərdarlıqlara ciddi yanaşdığını bəyan edib. Nyu-Yorkun meri Maykl Blumberq isə kilsənin Quranı yandırmaq haqqını müdafiə edib. Qeyd eədk ki, Vatikan kilsəsi də Quranın yandırılmasını pisləyib.   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!