Modern.az

Boris Nemtsovun qatilləri tutuldu

Boris Nemtsovun qatilləri tutuldu

7 Mart 2015, 13:35


Moskvanın mərkəzində qətlə yetirilən rusiyalı siyasətçi Boris Nemtsovun qatilləri tutulub. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar 2 nəfər Şimali Qafqaz əsilli şəxsdir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov məlumat verib ki, bu gün həyat keçirilən əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2 nəfər – Anzor Qubaşov və Zaur Dayaev həbs olunub.

Boris Nemtsov fevralın 27-də gecə saatlarında Kremlin yaxınlığında güllələnib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı