Modern.az

Nemtsovun qətlinə görə 5 nəfər tutulub, biri hadisəni etiraf edib

Nemtsovun qətlinə görə 5 nəfər tutulub, biri hadisəni etiraf edib

8 Mart 2015, 22:32


Rusiyalı siyasətçi Boris Nemtsovun qətlində şübhəli bilinərək saxlanılanların sayı 5 nəfərdir.
Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bunlar çeçen əsillilər Zaur Dadayev (Çeçenistan Respublikası DİN-in “Sever” batalyounun alay komandirinin müavini), Anzor Qubaşev (Moskvada özəl təhlükəsizlik şirkətlərindən birinin işçisi), onun kiçik qardaşı Şahid Qubaşev, Hamzat Baxaev, Tamerlan Əsgərxanovdur.

İlkin məlumatlara görə, Zaur Dadayev etirafedici ifadələr verib. O, Nemtsovun qətlində iştirak etdiyini boynuna alıb. Zaur Dadayevin aprelin 28-ə qədər həbsdə qalması barədə qərar çıxarılıb.

Şahid Qubaşevlə Tamerlan Əsgərxanov isə heç kimin qətlində iştirak etmədiklərini söyləyioblər.

Qeyd edək ki, Rusiya baş nazirinin keçmiş müavini, Nijeqorod vilayətinin keçmiş qubernatoru, Yaroslavl vilayət dumasının deputatı Boris Nemtsov fevralın 27-də gecə Moskvanın mərkəzində, Böyük Moskvoretsk körpüsündə qətlə yetirilib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir