Modern.az

Amerikalı keşiş deyib ki, Quranı yandırmayacaq

Amerikalı keşiş deyib ki, Quranı yandırmayacaq

10 Sentyabr 2010, 21:55

11 sentyabr terror aktlarının ildönümü münasibətilə Quranın nüsxələrindən tonqal qalamağı vəd etmiş amerikalı keşiş Terri Counz bəyan edib ki, niyyətindən əl çəkir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, keşiş Counz deyib ki, buna səbəb 11 sentyabr terror aktları nəticəsində tamamilə uçub dağılmış Nyu-York Ticarət Mərkəzinin göydələnlərinin yaxınlığında tikilməsi planlaşdırılan İslam Mədəniyyət Mərkəzinin yerinin dəyişdirilməsi ilə bağlı razılaşma olub.

“Amerika xalqı burada məsçid tikilməsini istəmir, müsəlmanlar isə təbii ki, Quranın yandırılmasını istəmirlər, İmam məsçid tikintisinin yerinin dəıyişdirilməsinə razılıq verib. Odur ki, biz şənbə gününə planlaşdırdığmız tədbiri ləğv etmişik və əvəzində mən şənbə günü imamla görüşmək üçün ora uçuram”,-deyə keşiş bildirib.

Bundan əvvəl ABŞ Federal Təhqiqat Bürosunun nümayəndələri keşiş Counzla  görüşərək onu məkrli niyyətindən döndərməyə çalışıblar. Bəzi xəbərlərə görə eyni xahişlə keşişə Amerikanın müdafiə naziri Robert Geyts şəxsən müraciət edib.

Quranın yandırılmayacağına dair bəyanatın verildiyi mətbuat konfransından sonra keşiş Terri Counzla birlikdə olan imam əl-Misri deyib ki, onun şəxsən özü məsçidin həmin yerdə tikilməsinin düzgün olmadığına inanır.  O söyləyib ki, məsçid tikintisinin yerinin dəyişdirilməsi üçün əlindən gələni edəcək, lakin bu barədə Nyu-York imamından hələlik heç bir təklif olmadığını əlavə edib. Nyu-Yorkda imam Feysəl Əbdül Rauf aldığı xəbərlərdən təəccübləndiyini deyib və əlavə edib ki, o, heç kimlə alış-veriş etmək fikrində deyil. İmamın təəccübü öz növbəsində Florida kilsəsinin keşişini təəccübləndirib və o deyib ki, məsçidin yeri barədə razılıq əldə edilməzsə, böyük pərtlik yaranacaq.

Floridadakı protestantların kiçik kilsəsinə rəhbərlik edən Terri Counzun Quranı yandıracağı ilə bağlı bəyanatından sonra prezident Obama da daxil olmaqla Amerikanın aparıcı siyasətçiləri və rəsmiləri bu niyyəti qətiyyətlə pisləyiblər. Böyük Britaniyanın baş naziri Devid Kemeron, ABŞ dövlət katibi Hilari  Klinton, çeçen lideri Ramzan Kadırov, aktrisma Ancelina  Doli Quranın yandırılması planlarını pisləyiblər.

İnterpol isə Quranın yandırılmasından sonra baş verə biləcək terror aktları barədə dünyanın 188 ölkəsini xəbərdar edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir