Modern.az

Gülər Əhmədovadan jurnalistlərə MESAJ: “Sizlərdən xahiş edirəm...”

Gülər Əhmədovadan jurnalistlərə MESAJ: “Sizlərdən xahiş edirəm...”

10 Mart 2015, 16:39


“Azərbaycan müstəqillik əldə etdikdən sonra cəmiyyətdə qadınların aktivliyi artıb. Bu gün hər bir sahədə çalışan qadına rast gəlmək olar. Təbii ki, bu da sevindirici haldır. İkincisi, 8 mart qadınlar günü ilə bağlı təbrikinizə görə minnətdaram”.
Bunu Modern.az saytına açıqlamasında  sabiq deputat Gülər Əhmədova deyib.

“Növbəti parlament seçkilərində iştirak etmək haqqında fikirləşirsinizmi” sualına Gülər Əhmədova belə cavab verib:

“Bu barədə mənə müxtəlif mətbuat orqanlarından suallar verilir. Demək olar ki, sualların məğzi eynidir: “Parlament seçkilərinə qatılacaqsınız?”,  “Yenidən siyasətə qayıtmaq haqqında nə düşünürsünüz?” və sairə. Bir daha deyirəm, mətbuata açıqlama, müsahibə verməyi özümə yasaq etmişəm. Ona görə sizlərdən xahiş edirəm, mənə heç bir sualla müraciət etməyin!”

Namidə BİNGÖL  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır