Modern.az

Ordumuz qürurumuzdu - cılızlaşan gənclik isə yox

Ordumuz qürurumuzdu - cılızlaşan gənclik isə yox

Aktual

11 Mart 2015, 11:52

Dünyada istiqlalı, ərazi bütövlüyü uğrunda döyüşən  xalqlara hər zaman hörmət edilir. Məqami gələndə  elə xalqların  nümayəndələri öz keçmişləri  ilə qürur duyurlar. Təbii ki,  millət olaraq  bizim keçmiş və çağdaş tariximizdə  fəxarətlə qeyd ediləsi məqamlar  az deyil.  Tarixə nəzər salanda görərik ki, azərbaycanlılarda döyüşkənlik, mübarizə ruhu hər zaman olub. Düzdür,  bəziləri millətin mübarizlik ruhuna, qəhrəmanlıq tarixinə  qara yaxmağa cəhd göstərir. Hətta  bu mübarizəyə kölgə salaraq “Azərbaycan xalqı döyüşən deyil, hamı alverə meyllidir” ifadələri  işlədənlər az deyil.

Ancaq mübaliğəsiz demək olar ki, çağdaş tariximizdə sterotipləri  Azərbaycan ordusu  dəfələrlə  bir sıra uğurlu döyüşlərdə qırıb. Bu gün çoxlarımıza aydındır ki, erməninin himayədarı   Ermənistanın  üzərindən əlini çəkən kimi Azərbaycan Ordusu  qısa zaman kəsiyində həmin əraziləri azad etməyə qadirdir. Çox müsbət haldır ki, bu gün əsgərlərimizdə mübarizlik  ruhu  yüksəlir. Bu yaxınlarda cəbhə bölgəsində  yerləşən  hərbi hissənin  yubileyində iştirak edərkən bu əhval ruhiyyənin yüksək olduğunun bir daha şahidi oldum.

Bir  qrup QHT və media təmsilçisinin   bu yaxınlarda Tərtərdə N  saylı  hərbi hissədə əsgərlərimizlə keçirdiyi  görüş açığı məni çox məmnun etdi.  Tam səmimi olaraq  etiraf etmək lazımdır ki, ordu quruculuğu sahəsində  böyük  inkişaf var. Xüsusilə,  Müdaifə Nazirliyinin rəhbərliyində dəyişiklər olandan sonra bu müsbət tendensiya  davam edir.  Belə bir məsəl var, yüz dəfə eşitməkdənsə bir dəfə  görmək daha yaxşıdır.


Həmin hərbi hissədə olarkən  bütün detallarınadək  bir çox məqamlara  diqqət yetirdik. Ədalət  naminə deməliyəm  ki, əsgərin təminatı,  yataqxana  şəraiti,  qidalanma  rejimi  səfər etdiyimiz həmin hərbi hissədə  normal idi.   Çünki  mən əvvəlki illərdəki vəziyyətlə tanış idim. Hansı problemlərin mövcudluğu bəlli idi. Demək olar hər şey  müsbətə doğru  çox dəyişib. Əsgərə qarşı olan münasibət, əsgərin psixoloji durumu  müşahidələrimə görə çox normallaşıb. Bütün bu faktorlar ordunun döyüşkən ruhuna müsbət təsir göstərir.

Onu da qeyd etmək istərdim ki,  vətənpərvərlik ruhu yalnız   hərbi hissədə formalaşmamalıdır. Çünki hər bir gəncin  həyatında ordu yalnız bir mərhələdir.  Orduya  gələnədək gənclərimizdə bu hisslər,  hərbi hazırlıq işləri  formalaşmalıdır. Uşaq dünyaya gələndə sonra  ailədə, orta məktəbdə,  yaşadağımız mühitdə,  Bakının küçələrində  Qarabağla, tariximizlə bağlı  reklam lövhələrini gördükdə, (əgər varsa)  gənclərin təhsil aldığı ali məktəblərdə, bir sözlə hər yerdə vətənpərvərliklə, milli dəyərlərlə  bağlı emosiyalara təsir edən nüanslar olmalıdır.

Vətənpərvərlik yalnız sözdə, reklam lövhələrində deyil  davranışda, əməldə, insanlara münasibətdə  hiss edilməlidir.  Bir sözlə  hər kəs öz sahəsinin peşəkarıdırsa və həmin intellekti,  fiziki  sağlamlığını cəmiyyətin inkişafına səmimi olaraq həsr edirsə  belə işlər əsl vətənpərvərlikdir.

Təkrar  çıxmasın bu fikri bir daha qeyd edəcəm. İlk öncə  vətənpərvərlik elə ailədən və orta məktəbdən başlamalıdır. Valideynlər oğlan uşaqlarını incə belli qız kimi deyil, gələcəyin əsgəri kimi, kişisi  kimi tərbiyə etməlidir. Çox  təəssüf  ki, bu məsələdə bəzən xoşagəlməyən mənzərənin şahidi oluruq. Bəzən küçə ilə gedəndə elə novcavanlarla rastlaşırsan bilmirsən bu  hansı cinsə məxsusdu. Geyimi,  oturuşu, duruşu, davranışı  elədir ki,  bilmirsən buna nə ad verəsən.

Bütün bunların Qarabağa, müharibəyə,  vətənpərvərliyə təbii ki, dəxli var. Çünki  bu cavanlar sabah necə gedib əsgər olacaq,  səngərdə durub Vətəninin keşiyini çəkəcək?  Sabahkı gün belə cavan necə möhkəm, ləyaqətli,  ötkəm ailə başçısı olacaq?  Təəssüf ki, bilərəkdən və yaxud bilməyərəkdən cılızlaşma gedir.  Bu qidalanmadandır, ekologiyadandır, zəmanədəndir bunu demək çətindir.

Ancaq  bütün hallarda  Milli Ordumuz bizim üçün müqəddəs olmalıdır. Hərb  sisteminə elitar, ən hörmətli,  ən möhtəşəm sistem kimi baxmalıyıq. QHT və media təmsilçilərinin, incəsənət adamlarının, millət vəkillərinin və digər şəxslərin hərbi hissələrlə təmasları hər zaman artan xətt üzrə davam etməlidir. Belə olduğu halda  hərbi məmurlarında  məsuliyyəti  artır.  Rica edirəm mənim fikirlərimi pafoslu ifadə kimi qəbul etməyin.  Unutmamalıyıq ki,  Azərbaycanın şərəfli tarixini Azərbaycan əsgəri yazacaq!  Odumuz bizim qürurumuzdur, ancaq  cılızlaşan gənclik qürurumuz ola bilməz.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır