Modern.az

Qidalar və insan xarakteri - Kim nəyə meyllidir? - MARAQLI

Qidalar və insan xarakteri - Kim nəyə meyllidir? - MARAQLI

12 Mart 2015, 22:45


İnsanların hansı qida məhsullarına daha çox meylli olması onların xarakterindən xəbər verir. Amerika alimləri apardıqları tədqiqatlar nəticəsində belə qənaətə gəliblər.

Modern.az saytı maraq doğuran tədqiqatın nəticələri ilə bağlı yazını təqdim edir.


1. Tədqiqat müəlliflərinin fikrinə görə, duz və duzlu qidalara meylli olanlar öz şəxsiyyətlərini üstün tutanlar, öz talelərini özləri həll edənlər, istənilən məsələdə mütləq qərarlarını həyata keçirmək istəyən insanlardır. Qida rasionlarında duza xüsusi önəm verənlər prinsipiallıqları və qətiyyətli olmaqları ilə fərqlənirlər.


2. Şokolad həvəskarları adətən həmişə diqqət mərkəzində olanlardır. Onlar ətraf mühitin diqqətindən yayınmaq üçün təkliyə çəkilməyə üstünlük verirlər. Gündəlik rasionlarına şokolad daxil edənlər öz istirahətlərini tənhalıqda keçirməyi xoşlayırlar.


3. Alimlərin qənaətinə görə açı və tünd qida məhsullarını sevən insanlar üçün yaşam tərzində ən əsas məsələ səliqə-sahmandır. Belə insanlar həyatda dəqiqliyi, ciddiliyi, hər bir işi vaxtlı-vaxtında görməyi sevirlər.


4. Tədqiqatlar nəticəsində məlum olub ki, konfetə meylli olan insanlar həyat eşqi ilə yaşayırlar. Nikbinlikləri ilə fərqlənən bu insanlar ən ağır hadisələri belə soyuqqanlıqla qarşılaya bilir, kədəri öz həyatlarından uzaqlaşdırmağı bacarırlar.


5. Həyatda elə insanlar da var ki, onlar həm şirin, həm də duzlu qidalara həvəs göstərirlər. Ekspertlərin fikrincə belə insanlar çox talantlı, yaradıcı təxəyyülə malik olan insanlardır və onlar daha çox qapalı qalmağa üstünlük verirlər.


6. Süd və ağartı məhsullarını xoşalayan insanlar enerjili olurlar. Bu qida məhsullarına meyl göstərənlərin yumor hissi güclü olur və xeyirxahlıq etməkdən zövq alırlar.

Bəs siz hansı qidalara üstünlük verirsiniz? Özünüzün və doğmalarınızın görünməyən tərəflərini görmək istəyirsinizsə qida rasionuna diqqət yetirmək kifayətdir.

İlham Cəmiloğlu

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər