Modern.az

Obama: “Biz heç vaxt İslamla müharibə aparmayacağıq”

Obama: “Biz heç vaxt İslamla müharibə aparmayacağıq”

Dünya

13 Sentyabr 2010, 00:54

Amerika prezidenti Barak Obama 11 sentyabr hadisələrinin 9-cu ildönümü münasibətilə əlaqadar bəyanatla çıxış edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki,  Obama çıxışını 2001-ci il sentyabrın  11-də terrorçuların hücumuna məruz qalmış  Pentaqon binası yanında edib.  Assosiated Press agentliyinin məlumatına görə, Barak Obama amerikalıları dözümlülüyə çağırıb və dini azadlığın müdafiəsinə tərəfdar çıxıb. Onun sözlərinə görə, Amerika tolerant ölkə olaraq qalacaq.
“Amerikalılar kimi biz İslamla müharibə aparmırıq və heç vaxt da aparmayacağıq. 11  sentyabr günlərində bizə din hücum etməyib, - bu, “Əl-Qaida” idi, dinlərini itirmiş adamlar qrupu idi”,--deyə Obama bildirib.

Ağ Evin sahibi qeyd edib ki, Amerika öz ənənələrinə sadiq qalacaq. Prezident vətəndaşları birliyə və ölkənin maraqlarını birgə müdafiə etməyə çağırıb.
“İtirdiklərimizə  hörmətin ən yüksək nümayişi və bizim davam edən müharibədə həqiqətən də ən böyük silahımız düşmənlərmizin ən çox qorxduqları şeyləri etməkdir. Amerikalılar kimi öz ideallarımza sadiq qalmalı və bir daha ümumi məqsədə can ataraq bəyan etməliyik ki, məhz biz özümüz ölkəmizin həyat tərzini yaradırıq və biz günahsız insanları məhv edən və mağaralarda gizlənən hər hansı kiçik qatillər qrupuna imkan vermərik ki, öz hərəkətləri ilə bizim simamızı pozsunlar”.

Ağ evin mətbuat xidməti bildirib ki, Obama bir dəqiqəlik sükutla qurbanların xatirəsini anıb. Mərasimdə Obamanın xanımı Mişel Obama və vitse president Co Bayden xanımı Cill Baydenlə işitirak ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır