Modern.az

Obama Ərdoğanə telefon açıb

Obama Ərdoğanə telefon açıb

13 Sentyabr 2010, 10:39

ABŞ prezidenti Barak Obama Türkiyədə referendum nəticələndirərinin açıqlanmasının ardından baş nazir Ərdoğana telefon açıb və onu təbrik edərək "Türk demokratiyasının dinamizmini" təqdir etdiyini söyləyib. Modern.az türk mətbuatına istinadla xəbər verir ki, Obama Ərdoğanla danışığında Türkiyə-ABŞ arasında dünən oynanan basketbol  matçına da toxunub.

Xatırladaq ki, sentyabrın 12-də Türkiyə Konstitusiyanın bəzi maddələrinə əlavə və  dəyişiklərlə bağlı referendum keçirilib. Bütün ölkə üzrə  49 milyon 446 min 369 seçici 151 min 546 məntəqədə Konstitusiyaya münasibətini bildirib. Səsvermə nəticəsində hakim Ədalət və İnkişaf Partiyasının Konstitusiyaya əlavə dəyişikliklərlə bağlı hazırladığı qanunlar paketi qəbul olunub.

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər