Modern.az

Nemtsovun qatilləri Putinə də sui-qəsd hazırlayıb

Nemtsovun qatilləri Putinə də sui-qəsd hazırlayıb

14 Mart 2015, 10:53

Boris Nemtsovun qətlinin sifarişçisi Rusiya prezidenti Vladimir Putinə qarşı da sui-qəsd hazırlayıb. Modern.az bildirir ki, bu barədə  “Komsomolskaya pravda” qəzetinə Federal Təhlükəsizlik Xidmətindəki (FTX) adının çəkilməsini istəməyən mənbə məlumat verib.

Həmin şəxsin Nemtsovun öldürülməsi ilə bağlı araşdırma aparan briqadaya daxil olduğu bildirilir.  FTX-dakı mənbənin sözlərinə görə, Nemtsovun qətlinin əsas təşkilatçısının indi Ukraynadakı könüllülərdən ibarət “Cövhər Dudayev adına batalyon”un komandiri Adam Osmaev olduğu açıqlanıb.

FTX-dakı mənbə qəzetə Nemtsovun öldürülməsinin bilavasitə icraçısının Zaur Dadaev olduğunu bildirib. “Onun ölüdürülməsində heç bir dini amil yoxdur. Onlar sifarişi həyasızcasına yerinə yetiriblər. Onlar qətiyyən həqiqi müsəlman deyillər, həqiqi banditlərdir”, - mənbə əlavə edib. 

Mənbənin sözlərinə görə, Dadaevin Adam Osmaevlə gizli əlaqəsi olub: “Zaur Dadaev Çeçenistan Daxili İşlər Nazirliyinin “Şimal” batalyonunda xidmət etməklə, faktiki olaraq Rusiyanın əleyhinə işləyib”.

Məlumatda qeyd edilir ki, Adam Osamaev 2012-ci ildə Vladimir Putinə sui-qəsd təşkilinə cəhddə şübhəli bilinib. O zaman onun təşilatçılığı ilə 3-cü dəfə prezident seçilən Putinin kortejinin partladılması nəzərdə tutulurmuş.

(Adam Osmaev)

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi