Arxiv
18 mart 2015, 12:14 | MÜSAHİBƏ
Jurnalist Aygün Muradxanlı: “Ən pis oxucum anamdır” - MÜSAHİBƏ

“Suriyada görüşdüyüm polkovnik Vəlid Abaza Azərbaycan vətəndaşlarına səslənərək dedi ki, övladlarınızı Suriyaya göndərməyin, öldürəcəyik”. 


Modern.az
saytında “Pəncərə” layihəsinin budəfəki qonağı bizə daha yaxın olan, tanınmış jurnalist Aygün Muradxanlıdır.

- Bu yaxınlarda qanlı döyüşlərin davam etdiyi Suriyaya yollandınız. Sizin Suriya prezidenti Bəşər Əsədin kortejini müşahidə edə bilmənizi eşidəndə əvvəlcə inanmadım. Amma siz həqiqətən də Suriyaya gedib Bəşər Əsədlə görüşdünüz. Bilmək istəyirik, bu görüş necə reallaşdı?

- Suriyaya şəxsi əlaqələr sayəsində getmişdim. Bu komanda ilə yanvar ayında  Strasburqa Avropa İnsan Haqları Məhkəməsində Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçekin İsveçrə hökumətinə qarşı iddiasını izləmiş, bir neçə reportaj hazırlamışdım. Bəyənilmişdi. Bəşər Əsədlə görüşə də dəvət edildim. Öncə baş redaktor Rauf Arifoğlu ilə məsləhətləşdim. Təəccüblə soruşdu: “Gedərsən?”. Bir neçə saatın içərisində texniki məsələlər həll edildi. Aydın idi ki, çox təhlükəli səfər idi. Ancaq təhlükəsizliyi prezident Bəşər Əsədin şəxsi qvardiyası yerinə yetirəcəyi üçün bir qədər rahatlıq da vardı. Bilirdik ki, Əsəd kəskin münasibətləri olan Türkiyə iqtidarına müxalif olan qüvvələri çox ciddi şəkildə qoruyacaq. Ancaq hər şey ola bilərdi. Sonucda söhbət savaş gedən bir ölkədən gedirdi. Qəzetçi kimi mənim məsuliyyətim də böyük idi. Savaş başlayandan Azərbaycandan o ölkəyə, sadəcə Əsədə qarşı vuruşan muzdlu vəhabilərin ayağı dəymişdi. Suriya haqqında xəbərləri əsasən xəbər yox, təbliğat yayan Qərb mediasından alırdıq. Ağır səfər oldu. Ancaq əsas odur ki, Əsədlə görüşdük, dünyanın ən qaynar və gərgin nöqtəsində əslində nələrin baş verdiyini gözümlə gördüm. Həyəcan və təhlükə dolu Suriya səfəri  jurnalist karyeramın ən yaddaqalan səfərlərindən biri oldu.

- Eyni zamanda, məsuliyyət hissindən daha çox qorxu hissiniz də var idi. Əgər Rauf bəy Suriyaya getməyinizi təəccüblə qarşılamışdısa, ailədəki vəziyyəti təsəvvür etmək o qədər də çətin deyil. Getmə deyənlər oldumu?

- Riskli addım idi.  Hamı həyəcanlanmışdı. Ən pis oxucum anamdır. Nə zaman ona desəm ki, filan hadisə olub, soruşur, sən haradan bilirsən? Anamı qısa zamanda səfərin tam təhlükəsiz oduğuna inandıra bildim. Böyük qızım eşidəndə dedi: “Aygün, bir Qəzza qaldı, yayda ora da get”. O, çox həyəcanlananda məni adımla çağırır. Sonda getdim. Ancaq anam hər gün qızlara deyirmiş ki, Aygünün yazdıqlarını oxuyun,  qulaq asım – evdə internet imkanları yoxdur.  Necə deyərlər, anamın qorxusundan Dəməşqdən “canlı yayım”a az çıxdım. Açığı, durumun nə qədər təhlükəli olduğunu Beyrut-Dəməşq yolunda anladım. Terror təhlükəsinə görə, 70 kilometrlik aşırımları maşınlar saatda 160-170 sürətlə keçirdi. Şükür ki, sağ-salamatıq.

- Çox güman ki, təhlükəli ərazidə ekstremal hallarla qarşılaşdınız.  Daha sonra doğma məmləkətə dönəndə buradakı sakitliyin, sabitliyin bəxş etdiyi rahatlıqdan yaranan təəssüratlarınız maraqlıdır...

- Hava limanına çatanda Facebook-da yazdım ki, Bakıya gələndə sevinmək üçün Bakıdan pis yerə getmək lazımdır. Fransa, Ukrayna səfəri ilə Suriya səfərini müqayisə etmək olmaz - qanunların işlədiyi ölkələr başqadır. Bakı hava limanında təyyarədən düşənlərin yoxlanması ölkəyə girməzdən qıcıq yaradır. Dəməşqdən İstanbula, İstanbuldan Bakıya qayıdanda çox sevindim. Şübhəsiz, sabitlik çox önəmlidir. Müharibə gedən ölkələrdə insanlar çörək almağa çıxanda da vidalaşıb, kəlmeyi-şəhadətini deyib çıxır. Geri dönməmək təhlükəsi hər an var. Əllərdə o qədər silah var ki... Bəşər Əsədi devirmək istəyən böyük güclər bölgədə çox adamı silahlandırıb. Azərbaycana dönəndə təhlükəsiz əraziyə keçdiyin üçün rahatlıq hiss edirsən, ancaq prosesləri dərindən izləyəndə insan üşənir. Çox təəssüf, bu gün suriyalıların həyatını cəhənnəmə çevirən qüvvələrin uzantıları mənim ölkəmdə də var. Qarşısı alınmasa, onlar bizim cəmiyyət üçün də təhlükəyə çevriləcək. Suriya bu gün həm də normal, sivil mübarizə metodlarını məhdudlaşdırıb radikal meyllərə meydan verən bütün ölkələr üçün görkdür. İŞİD orda elə bir dram yaradıb ki, insan danışdıqca, qanı donur. Bir qadını yatağından oğurlamaq necə cihad ola bilər? Hələbdə ali məktəb müəllimlərinə zəncir vurub qul bazarında satıblar. Tutduqları ərazilərdə ilk qərar “şiənin malı, mülkü, qadını bizə halaldır” olur.  Düşünün, bizim ölkəmizdə bu insanları müdafiə edənlər, onlara qoşulanlar var.

- Döndükdən sonra sizə təhdidlər oldumu?

- Bəli. Vəhabilərə yaxın media “Yeni Müsavat”ı hədəf alıb, Facebook səhifəmdə davamlı gəzişmələr var. Mən qəzetçiyəm. Ziyanlı bir proses görürəmsə, onu deməliyəm, yazmalıyam. Bu mənim missiyamdı. Görünür, həmin qüvvələr törətdikəri vəhşilikləri gözümlə görməyimdən narahat olublar. Bir qrup gizli fəaliyyət göstərirsə, cəmiyyətlə arasına sədd çəkirsənsə, heç bir sivil mübarizə üsulunu qəbul eləmirsə, demək ziyanlıdır. Suriyada görüşdüyüm polkovnik Vəlid Abaza Azərbaycan vətəndaşlarına səslənərək dedi ki, övladlarınızı Suriyaya göndərməyin, öldürəcəyik. Doğrudan da belədir. Ümid edək ki, bu çağırış eşidiləcək,  Azərbaycanda ailələr öz övladlarının, dövlət öz vətəndaşlarının qədrini biləcək, yad torpaqlarda günah işləməyə, vəhşilik etməyə gedənlərin qarşısı alınacaq. 

- Suriya da Azərbaycan kimi Şərq dövlətidir. Bu iki dövlət arasında Şərq oxşarlığı nə dərəcədədir?

- Dəməşq Bakıya çox oxşayır. Suriya yerləşdiyi bölgənin daha sivil, tolerant  ölkəsi olub. Müxtəlif mədəniyyətlərin insanları bir ortamda rahat yaşayıblar. Suriyalılar simaca digər ərəb qəbilələrindən fərqlidirlər. Ağbəniz, rəngli gözlüləri çoxdur - bizə bənzəyirlər. Şərq qadını isə savaşda da özəlliklərini qoruyur. Hər addımında ölüm, qan olan şəhərdə nə qədər baxımlı xanımlar gördük... Düzən görmüş saçlar, müasir geyim, bər-bəzək. Başlarını bağlayanlar azdır, bağlayanlar da dəbli geyinirlər. Hətta telefonlarını da qaş-daşla bəzəyirlər. Təbii, ölkənin işğal bölgələrində böyük səfalət var. Qaçqın, köçkün insanlar qonşu ölkələrdə sığınacaq axtarışındadırlar.

- Uzun illərdir mətbuatdasınız. Sizin mətbuata gəlişiniz fərqli dönəmə təsadüf edir. Təbii ki, o zaman üçün xanım olaraq jurnalistikaya gəlmək çətin idi. Eyni zamanda, jurnalist  xanımın ailə qurması, şəxsi həyata ayrılan vaxtın azlığı sizdə necə alındı?  

- Jurnalistika vaxt tələb edən peşədir. İş faktiki olaraq bitmir. Ev işləri görəndə də  sabah nə yazacağını düşünürsən. İşdən sonra sahən üzrə hansısa hadisə baş versə, bunu qaçırmağa haqqın yoxdur. Bu da o deməkdir ki, şəxsi həyata az vaxt qalır. Amma seçim sənindir - qadın olmaq istəyirsən, yoxsa jurnalist? İkisini bir arada tutmaq, təbii ki, asan olmur. Qızlar dünyaya gələndə qəzetçiliyə ara verdim. Düşündüm ki, uşağın elə bir dönəmi olur, heç kim ananı əvəz edə bilmir. Elə özüm də həmin dönəmi hər anı ilə yaşamaq istəyirdim. Çünki həmin dönəmin sevincləri heç nə ilə müqayisəyə gəlməz.

- Övladlarınızın atası...

- Universitetdə müəllimim olub. Çox sonra evlənmişik. İndilik onu deyə bilərəm ki, yaxşı oxucumdu.

- Uzun müddət “Turan” İnformasiya Agentliyində çalışmısınız. Hətta bir vaxtlar parlament müxbiri də olmusunuz. Sizin parlament müxbiri olduğunuz dönəmdən bu yana indiki parlamentdə nə dəyişib? 

- Heç müqayisəyə gəlməz. O dönəmlərdə parlament çox canlı idi. Ölkənin siyasi nəbzi Milli Məclisdə vururdu. Müxalifətçi deputatlar vardı, onların sayəsində ölkənin siyasi-ictimai-sosial həyatındakı problemlər gündəmə gətirilirdi. Çərşənbə axşamı keçirilən iclasların ilk yarım saatını səbirsizliklə gözləyirdik – həmin vaxt cari məsələlər müzakirə edilir, növbəti bir həftədə ölkə gündəmini müəyyən edəcək məsələlər ordan çıxırdı. Sonradan parlament susqunlaşdı. Bu gün hətta mənimçün parlament reportajlarını oxumaq maraqsızdır. Orada çoxdan heç nə baş vermir..


- O dövrün deputatları  ilə bağlı yadınızda qalan maraqlı xatirələriniz varmı?

- Parlament jurnalistləri bir araya yığışanda ən çox rəhmətlik Milkayıl Mirzə ilə Natiq Cavadlının dialoqunu yada salıb gülürük. Demək, qabaqlar mediaya sessiya zalının arxa tərəfində yer ayrılırdı. Daha sonra bizi üst qata, MM-in ünlü balkonuna çıxardılar. Orada da deputatlarla təmas qurmaq çətin idi.  Bəzən jurnalistin müsahibə götürmək istədiyi deputat zaldan çıxır, jurnalist eyvandan enib qapıya çatan qədər o maşına minib gedirdi. Bir dəfə Natiq Mikayıl müəllimdən müsahibə almaq istəyirdi. Sessiyanı pozmamaq üçün yuxarıdan onu pıçıltı ilə çağırmağa başladı: “Mikayıl müəllim, Mikayıl müəllim...”. Mikayıl Mirzə də çox pafoslu, emosional adam idi. Hərdən elə bilirdik ki, o deputat deyil, deputat obrazındadı. Aşağıdan yuxarı çevrilib o şaqraq səslə soruşdu: “Kimdir, igid?”. Bütün zal uğunub getmişdi.
Bəzən deputatlar müzakirə olunan qanun layihələrinin mənasını bilmirdilər. “Qrant haqqında” qanun layihəsi müzakirə ediləndə adını çəkmək istəmədiyim xanım deputat, dönə-dönə “krant haqqında qanun” deyirdi. Ona elə gəlmişdi ki, layihə su təchizatı ilə bağlıdır... Bir də Zeynəb Xanlarovanın hekayələri var. MM-ə həmişəki dəbdəbəli stilində - məsələn,  ağ gen şalvar, yaşıl şifon köynək, bir qəşəng şarf boynunda gəlirdi. Gələn kimi Cəlal Əliyevlə öpüşüb görüşür, sonra ətrafdakılara salam verirdi. İndi baxıram, toplantılar çox sönük keçir.

- 1991-ci ildən üzü bəri mətbuatdasınız. Nə vaxtsa mətbuatdan getmək istəmisiniz?

- “Azadlıq” radiosundan çıxdığım ərəfədə belə gərginliyi yaşamışam. Uzun müddət yazmadım. Amma sonra düşündüm ki, mən bunun üçün yaranmışam. Başqa işlərin heç biri mənə görə deyil.

- Belə başa düşdüm ki, qələm əhli  küsəndə sanki, onun yaradıcılığı da küsür?..

-Yazmayanda, elə bil əlindən daş asılıb. Amma bu depressiyadan çıxmağın bir yolu var, o da yazmaq. Yazmaqla xoşbəxt olan adamam. Oxucumdan xırda bir diqqət, bir professionalın Facebookda yazıma məmnun ovqatda bir şərhi məni dünyanın ən xoşbəxt insanı edir. O hiss heç bir maddi təminat yaşada bilməz.

- Sizin imzanız məşhur bir imzaya yaxınlığı ilə diqqət çəkir. Tanınmış jurnalist Mailə Muradxanlı ilə qohumluğunuz haqqında danışmağınızı istərdik. Səhv etmirəmsə, Mailə xanım iqtidaryönlü jurnalist olub...

- Mailə Muradxanlı xalamdır. Azərbaycanın ən tanınan jurnalistlərindən olub, bu gün neçə-neçə tanınan imza onun tələbəsi olub. Təbii, o, bizim ailənin ən parlaq siması idi. Belə məsəl var: “Xala ananın yarısıdır”. O, mənimçün həmişə bu mövqedə, o zirvədə olub. Sözsüz, onun jurnalistikada olması mənim seçimimə təsir edib. Ancaq o, həmişə dövlət radiosunda, dövlət televiziyasında çalışıb. Yalnız son bir neçə ilini ANS-in “Bakıfilm”inin baş redaktoru oldu. Yəni biz fərqli düşərgələrdə olmuşuq. O çox cəsarətli insan idi, onunla çalışanlar bilir ki, çox tabuları qırmağı bacarırdı. Deyirlər, xaraktercə Mailə xanıma oxşayıram. Sevinirəm. Məndən həmişə təəccüblə soruşurdular, xalan dövlət kanalında mühüm postlardadı, ancaq sən müxalifət mətbuatında işləyirsən. Cəmi 1 həftə AzTV-də işləmişəm – “Həftə” proqramına Milli Məclisdən reportajlar hazırlamışam. Məni həmin verilişə Mailə xanım aparmamışdı, Sahib Alıyev dəvət etmişdi. Ancaq bir həftənin tamamında gördüm ki, bura mənə görə deyil. Qayıtdım, öz doğma azad məkanıma...

 

- İqtidaryönlü  ailənin tək qızının necə müxalifətyönlü olması çox maraqlıdır...

- Biz mediaya gələndə media çox nüfuzlu idi. Qəzetlər 200-300 min tirajla çıxırdı. İnsanlar xəbərləri müxalifət mətbuatından oxuyurdu.  Səhər duran kimi 7-8 qəzet alıb onu son səhifəyə qədər oxuyan yüz minlərlə insan vardı.  Azadlığa həmişə meylli olmuşam, ənənələr, sərt qaydalar, şablonlar məni hər zaman darıxdırıb. Belə bir mühit təbii, müxalif düşərgədə idi, ona görə də oradaydım. Tələbə vaxtı milli-azadlıq hərəkatına qoşulmuşdum, az sonra həmin hərəkat hakimiyyət oldu, sonra yenə yerdəyişmə… Olanları öz adı ilə çağıran yalnız müxalifət mediası idi. Həm də həmin qəzetlərdə mənim tanıdığım insanlar çalışırdılar. Yadıma gəlir ki, “Azadlıq” qəzetinə gələndə universitetdə məndən bir neçə kurs yuxarıda oxuyan Rövşən Əliyev redaktor idi, mənə dedi ki, filan xəbəri yaz, gətir. Yazdım və səhər imzam “Azadlıq”da idi. 2-ci kursda oxuyurdum. Bu mənim üçün böyük xoşbəxtlik və böyük şans idi.    

- Bəs, ailədə sizin müxalifət düşərgəsində olmaq istəyinizə qarşı  çıxan olmadı?

- Təbii, böyüklərlə mübahisələr olurdu. Amma başa düşəndə ki, bu mənim seçimimdi, yolumdu və məni burdan döndərmək mümkün olmayacaq, mübahisələr xeyli azaldı. İndi bəzən ailə məclislərində yaşlılar qanunsuzluqlar haqqında asıb-kəsir, mənsə susub dinləyirəm. 20 il öncə eyni mövqeyə görə mənə etiraz edənlər, daha çox tənqidçi olub. İnsanların seçimlərinə qarışmağa qarşıyam. Hər kəs öz potensialını qiymətləndirməyi bacarır. İnsanlar lazım bildikləri işdə, gərək olduqları yerdə olmalıdırlar.

Namidə BİNGÖL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Britaniyada son sutkada koronavirusdan daha 40 nəfər öldü 24 Sentyabr 2020, 21:06 Leysan nəticəsində metro stansiyalarını su basıb 24 Sentyabr 2020, 20:55 Bakıda mənzildə iki qadın meyiti aşkarlandı 24 Sentyabr 2020, 20:42 “Bəşəriyyət pandemiya sınağından keçə bilmədi” - Antoniu Quterreş 24 Sentyabr 2020, 20:24 “Ermənistan rəhbərliyinin davranışı danışıqları mənasız edib” - Araz Əzimov 24 Sentyabr 2020, 20:18 THY Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayır 24 Sentyabr 2020, 20:02 Ukraynada pandemiyanın ikinci dalğası başlayıb 24 Sentyabr 2020, 19:42 Paşinyan: “Rusiya əsas müttəfiqimizdir, ABŞ və Avropa Birliyi isə...” 24 Sentyabr 2020, 19:32 Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı cinayət işi AÇILDI 24 Sentyabr 2020, 19:14 Azərbaycan nefti bahalaşıb 24 Sentyabr 2020, 19:05 Şəmkir Rayon Polis Şöbəsinidə nöqsan aşkarlandı 24 Sentyabr 2020, 18:50 DİM pandemiya dövründə hansı işləri görüb? - HESABAT 24 Sentyabr 2020, 18:42 Sabiq prokurorun qaynı amansızlıqla öldürüldü 24 Sentyabr 2020, 18:28 Hərbi Hava Qüvvələri döyüş uçuşları həyata keçirdi 24 Sentyabr 2020, 18:19 Ceyhun Bayramov gürcüstanlı vitse-spikerlə görüşüb 24 Sentyabr 2020, 18:12 Qəbul planı 100% dolan universitetlər - SİYAHI 24 Sentyabr 2020, 18:10 Vurğun Əyyubun dəfnində saz çalan aşıq: “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz”” - MÜSAHİBƏ 24 Sentyabr 2020, 17:59 İnam Kərimov Ağdaş və Göyçay rayonlarında - FOTO 24 Sentyabr 2020, 17:53 Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi 24 Sentyabr 2020, 17:47 Dolların məzənnəsi sabit qaldı 24 Sentyabr 2020, 17:41 Ali məktəblərdə boş qalan yerlərin sayı AÇIQLANDI 24 Sentyabr 2020, 17:35 Prezident iki qurumun səlahəyyətlərini ARTIRDI 24 Sentyabr 2020, 17:29 İmkansız tələbələrin təhsil haqqını dövlət ödəyəcək - RƏSMİ AÇIQLAMA 24 Sentyabr 2020, 17:23 Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib 24 Sentyabr 2020, 17:17 Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM 24 Sentyabr 2020, 17:11 İqtisad Universitetinin əməkdaşları təltif edildi - SİYAHI 24 Sentyabr 2020, 17:07 Deputat - Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR 24 Sentyabr 2020, 17:02 Prezident Əli Həsənovla bağlı sərəncam İMZALADI 24 Sentyabr 2020, 16:56 İlham Əliyev UNEC-in əməkdaşlarına fəxri adlar verdi - SİYAHI 24 Sentyabr 2020, 16:50 Bu rayonda indiyədək 11 nəfər koronavirusdan ölüb 24 Sentyabr 2020, 16:44 Hərbi hissəyə silahlı basqın edən şəxs ömürlük azadlıqdan məhrum edildi 24 Sentyabr 2020, 16:38 Zelenski Belarusa səfərini ləğv etdi 24 Sentyabr 2020, 16:32 Baş Prokuror ictimai köməkçilərilə görüşdü - FOTO 24 Sentyabr 2020, 16:27 Məleykə Abbaszadə 500 bal toplayıb kənarda qalan abituriyentlərdən DANIŞDI 24 Sentyabr 2020, 16:22 “Savadlı kadrlar hazırlamaq ali məqsədimizdir” - Jurnalistikanın dekanı ilə MÜSAHİBƏ 24 Sentyabr 2020, 16:17