Modern.az

Nyu-Yorkda imam Rauf xristianları yenidən qəzəbləndirib

Nyu-Yorkda imam Rauf xristianları yenidən qəzəbləndirib

14 Sentyabr 2010, 00:28

Manxettendə 2001-ci il 11 sentaybr terror aktlarında terroçuların hücumuna məruz qalmış Ümumdünya Ticarət Təşkilatnın yaxınlığında İslam Mədəniyyət Mərkəzinin tikintisi baş tuta bilər. Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə layihənin təşəbbüskarı imam Feysal Əbdül Rauf  bildirib. O, 11 sentyabr faciəsinin baş verdiyi ərazidə İslam Mədəniyyət Mərkəzinin tikilməsi ideyasının bu qədər gur reaksiya doğurmasını gözləmədiyini deyib.  İmam qeyd edib ki, əvvəlki tək mərkəzin tikilməsinə inanır. Onun sözlərinə görə, Manxettendə İslam Mədəniyyət Mərkəzinin inşası  həm Nyu-York, həm də bütün müsəlman dünyası üçün şərəf olacaq.

İmam əlavə edib ki, böhranlı məsələni həll etmək üçün “bütün kartlar masa üzərindədir”.

İmam Feysal Əbdül Raufun bu açıqlaması Amerika xristianlarını yenidən qəzəbləndirib.

 Qeyd edək ki, 11 sentyabr teror aktlarının  9-cu ildönümü günü Qurani-Kərimi yandırmağı vəd etmiş pastor Con Terri Mədəniyyət Mərkəzinin tikilməyəcəyi  vədini aldıqdan sonra öz bəd əməlindən imtina edib. İmam Raufun son bəyanatına pastor hələlik münasibət açıqlamayıb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir