Modern.az

Sabah temperatur 16 dərəcəyədək yüksələcək

Sabah temperatur 16 dərəcəyədək yüksələcək

Təhsil

25 Mart 2015, 13:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi əsəcək, havanın temperaturu gecə 4-6, gündüz 10-15 dərəcə olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Gecə və səhər şərq rayonlarında yağıntı olacağı ehtimalı var.

Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Modern.az  
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə