Modern.az

Finlandiya prezidenti də Moskvaya gəlməkdən imtina etdi

Finlandiya prezidenti də Moskvaya gəlməkdən imtina etdi

Təhsil

25 Mart 2015, 19:20


Finlandiya prezidenti Sauli Niiniste mayın 9-da İkinci Dünya Müharibəsində qələbənin 70 illiyi ilə bağlı Moskvada keçiriləcək bayram tədbirlərinə qatılmaqdan imtina edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda dövlət başçısının administrasiyasına istinadən məlumat verilib. Niinistenin mətbuat katibinin sözlərinə görə, prezident tədbirdə iştirakdan Ukraynadakı münaqişəyə və bununla bağlı yaranan beynəlxalq vəziyyət səbəbindən imtina edib. O, Rusiya rəhbərliyinə bu haqda martın 24-də məlumat verildiyini də bildirib.

Martın 25-də məlum olub ki, mayın 9-da Moskvaya Niderlandın baş naziri və xarici işlər naziri də gəlməyəcək. Qələbə bayramında iştirakdan buna qədər Bolqarıstan, Polşa, Litva, Latviya və Estoniya prezidentləri, eləcə də Böyük Britaniyanın baş naziri Devid kemeron da imtina ediblər. Həmin gün Almaniyanın kansleri Angela Merkel də gəlməıyəcək. Bununla belə, o mayın 10-da Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək və Naməlum Əsgərin məzarına əklil qoyacaq.

Fransa prezidenti Fransua Ollandın tədbirdə iştirak edib-etməyəcəyi hələ ki məlum deyil. ABŞ prezidenti Barak Obamanın da planı qeyri-müəyyən qalır. 2014-cü ilin dekabrında xəbər verilib ki, o, Kremlin dəvətindən imtina edib, ancaq bir qədər sonra Ağ evdə bu məsələ ilə ba

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə