Modern.az

Obama Əfqanıstanın indiki prezidentini səhv saldı

Obama Əfqanıstanın indiki prezidentini səhv saldı

Təhsil

25 Mart 2015, 20:40


Ağ evdə keçirilən birgə mətbuat konfransında ABŞ prezidenti Barak Obama əfqanıstanlı həmkarı Əşrəf Qəni Əhmədzanı ondan əvvəlki prezidentlə səhv salıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bir neçə dəfə ona Karzai – 2004-2014-cü illərdə Əfqanıstanın prezidenti olan – kimi müraciət edib: “Prezident Karzai”, - o, yanında dayanan Qənini göstərərək deyib: “O, ölkənin Ali Baş Komandanı olub, qeyd edim ki, Əfqanıstanın bundan əvvəlki prezidenti bunu etməmişdi. Bu bizə güclü və zəif tərəflərimizi başa düşməyə, eləcə də gələcək fəaliyyətimizi planlaşdırmağa  kömək edəcək”.

Əşrəf Qəni Obamanın səhvinə əhəmiyyət verməməyə cəhd edib. Bu onun dövlət başçısı kimi ABŞ-a ilk səfəridir. O 2014-cü ilin sentyabr ayından prezident postunu tutub.

İki liderin görüşündən sonra məlum olub ki, ABŞ 2015-ci ilin sonuna qədər 9,8 min nəfərlik hərbi kontingentini Əfqanıstan ərazisində saxlayacaq.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə