Milyarder Donald Trump Vladimir Putini tənqid edib. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, milyarder Donald Tramp Putini nüvə ilə bağlı hədəli ifadələrdən həddindən artıq istifadə etdiyi üçün onu tənqid edib. Fox News kanalında çıxış edən Trampa əgər ABŞ prezidenti olardısa ölkənin xarici siyasətini hansı şəkildə idarə edərdi deyə verilən suala Tramp bu şəkildə cavab verib.
"İlk növbədə mən o barədə demək istəyirəm ki, bu haqda hamı səssizliyini qoruyur. Bu isə olduqca pisdir. Putin həmişə nüvə ritorikasından istifadə edərək bilavəsitə Obamaya nifrətini göstərir və öz ölkəsinin nüvə potensialı haqqında danışır"- deyə Tramp bildirib.
Şahin Qocayev