
Azərbaycan aşıq sənətinə itki üz verib. Aşıq Məhəmməd Çovdaroğlu 25 mart tarixində doğulduğu Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində 93 yaşında dünyasını dəyişib.
Bu barədə Modern.az-a aşığın ailəsinə yaxın olan, Azərbaycan Televiziyası və Radiosunun əməkdaşı, jurnalist Savalan Talıblı məlumat verib.
Məlumat üçün bildirək ki, Aşıq Məhəmməd Çovdaroğlu aşıq Ələsgərin şagirdi Aşıq Əsəd Rzayevdən sənət dərsləri almışdı. Ustad aşığın yüzlərlə səsyazısı, videogörüntüsü Azərbaycan Radiosunun və Televiziyasının Qızıl Fondunda qorunub saxlanır. Sovet dovründə dillər əzbəri olmuş "Adı Tamara sestra" gəraylısının da müəllifi aşıq Məhəmməd Çovdaroğlu idi.Adlı-sanlı aşıqlarla daim adı qoşa çəkilən Çovdaroğlunun Azərbaycan aşıq sənəti tarixində öz dəsti-xətti var.