Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək, havanın temperaturu gecə 5-7, gündüz 11-16 dərəcə isti olacaq.
Martın 27-də Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, havanın temperaturunun gecə 4-8, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcəyə qədər isti olacağı gözlənilir.
Modern.az