Modern.az

İranın Bakıdakı səfiri Yəməndə hərbi əməliyyatları dayandırmağa çağırdı

İranın Bakıdakı səfiri Yəməndə hərbi əməliyyatları dayandırmağa çağırdı

Təhsil

26 Mart 2015, 16:07


İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin Yəməndə vəziyyətin pisləşməsinə və dinc sakinlərin qətlə yetirilməsinə görə narahatlığını bildirib. Səfirlikdən Modern.az-a verilən məlumata görə, Möhsün Pakayin beynəlxalq birliyi, dünyanın sülhsevər ölkələrini, xüsusilə region ölkələrini Yəməndə hərbi əməliyyatların dərhal dayandırılması üçün səy göstərmələrinə çağırıb.

Səfir bugünkü açıqlamasında deyib: “Müstəqil ölkəyə qarşı hərbi əməliyyatlar keçirmək həmin ölkənin süverenliyini və beynəlxalq qanunları pozmaqdır və günahsız insanların öldürülməsindən, dağıntıların və xarabalıqların yaranmasından başqa bir nəticəsi olmayacaq”. 

İran səfiri beynəlxalq təşkilatların və birliklərin müstəqil ölkələrə, o cümlədən Suriyaya müdaxilənin müqabilində sükut etməsini regionda böhranın daha da dərinləşməsinə səbəb olduğunu bildirib və beynəlxalq aləmin bu səhvi Yəməndə təkrarlamayacağına ümid etdiyini deyib. O, bildirib ki,  İran Yəməndə baş verən hadisələri diqqətdə saxlayır:

”Yəmənin daxili münaqişəsi sülh və danışıq yolu ilə və digər ölkələrin müdaxiləsi olmadan həll olunmalıdır. İran sülhsevər ölkə olaraq Yəməndə böhranın və beynəlxalq qanunların pozulmasının qarşısını almaq üçün çalışacaq”.

Pakayinin sözlərinə görə, İran Yəmən böhranının ilk vaxtlarından bütün Yəmən qrupları arasında danışıqların keçirilməsini istəmişdi və bildirmişdi ki, üçüncü qüvvələrin müdaxiləsi bu böhranın daha da dərinləşməsinə, ölkədə terrorizm və radikallığın artmasına səbəb olacaq.   

Modern.az  

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə