Modern.az

Güləşçilərimiz Polşada medal qazandı – FOTOLAR

Güləşçilərimiz Polşada medal qazandı – FOTOLAR

Təhsil

27 Mart 2015, 11:43

Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır.

Modern.az xəbər verir ki, bu yarışlarda ölkəmizi təmsil edən Alyona Kolesnik qızıl medala sahib olub.

Çempionatın üçüncü günündə 48, 55, 60 və 69 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıb. Yığmamız 3 çəki dərəcəsində təmsil olunub. 

55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Alyona Kolesnik Estoniya, İsveçrə və Belarusdan olan rəqiblərini üstələyərək finala yüksəlib. Final görüşündə onun rəqibi Bolqarıstan idmançısı olub. Rəqibinə heç bir şans verməyən təmsilçimiz vaxtından əvvəl təmiz qələbə qazanaraq U-23 Avropa çempionatının qızıl medalına sahib olub. 

48 kq 
1/8 final - Nadejda Fedorova (RUS) - Patimat Baqomedova 10:0
Təsəlliverici görüş - Patimat Baqomedova - Vanesa Kaladzinskaya (BLR) 2:5

55 kq 
1/8 final - Alyona Kolesnik - Anastasiya Krasnova (EST) 2:0 (təmiz qələbə)
1/4 final - Natali Rieser ((SUI) - Alyona Kolesnik 0:11
1/2 final - Alyona Kolesnik - Zalina Sidakova (BLR) 8:4
FİNAL - Evelina Nikolova (BUL) - Alyona Kolesnik 0:12 (təmiz qələbə)

69 kq 
1/8 final - Martina Kuenz (AUT) - Elis Monolova 8:4

Gülşən Raufqızı

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə