Modern.az

Bakıda idmançı döyüşdə öldü

Bakıda idmançı döyüşdə öldü

Təhsil

27 Mart 2015, 21:28


Bu gün Hövsan Olimpiya Mərkəzində ölüm hadisəsi qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından ans press-ə məlumat verilib. Məlumata görə, saat 16 radələrində Mərkəzdə keçirilən qaydasız döyüş zamanı idmançı dünyasını dəyişib.

Suraxanı rayonu 30-cu polis bölməsindən  verilən məlumata görə, dünyasını dəyişən idmançı 27 yaşlı Ramin Zeynalov Quba rayonundan olub. Polis bölməsi Qubanı təmsil edən idmançının döyüş vaxtı öldüyünü təsdiqləyib.

Belə ki, ölüm faktı Hövsan Olimpiya Mərkəzində qaydasız döyüş üzrə keçirilən Azərbaycan çempionatı zamanı baş verib. Ölümün səbəbinin meyitin müayinəsindən sonra bəlli olacağı bildirilir.

Qeyd edək ki, ölüm hadisəsi bu gün saat 16 radələrində Hövsan Olimpiya Mərkəzində qeydə alınıb.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə