Şri-Lanka prezidenti Maytripal Sirisenanın kiçik qardaşı başından balta ilə aldığı xəsarətdən dünyasını dəyişib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı Pryanta Sirisenaya hücum Şri-Lankanın paytaxtı Kolombodan 215 kilometr aralıda yerləşən Polonnaruva şəhərində qeydə alınıb. Naməlum şəxs mühafizəçidən yenicə imtina etmiş prezident qardaşına balta ilə bir neçə zərbə endirib.
Çinə rəsmi səfərdə olan Maytripal Sirisena qardaşının ölüm xəbərini yolda alıb. Qətli törədən şəxs artıq həbs olunub.Modern.az