Bu ilin yanvarında Gümrüdə bir ailənin 7 üzvünü qətlə yetirən rus hərbçisi Valeri Permyakovun məhkəməsi Ermənistan ərazisində keçiriləcək. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Avrasiya ilə inteqrasiya komitəsinin sədr müavini Oleq Lebedev ermənistanlı deputatlarla görüşü zamanı deyib.
"Rusiya əlindən gələni etdi ki, istintaq Ermənistanda getsin və istintaq həqiqətən də burada gedir. Məhkəmədə də erməni xalqının tələbi ilə Ermənistanda keçiriləcək".Gümrüdəki 102-ci hərbi bazanın əsgəri olan Permyakov xidməti silahı ilə hərbi hissəni tərk edərək şəhərdəki Avetisyanlar ailəsinin evinə hücum etmiş və 7 nəfəri qətlə yetirmişdi.
Modern.az