Modern.az

İranlı deputat Ərdoğanın Tehran səfərinə qarşı ÇIXDI

İranlı deputat Ərdoğanın Tehran səfərinə qarşı ÇIXDI

Təhsil

28 Mart 2015, 21:10

 

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpur Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumatına görə deputat Mənsur Həqiqətpur Rəcəb Tayyib Ərdoğanın İrana nəzərdə tutulan səfərinin təxirə salınması tələbi ilə çıxış edib. Türkiyə prezidentinin İranın Yəmənlə bağlı yürütdüyü siyasətə qarşı çıxması Mənsur Həqiqətpurun belə bəyanatla açıqlama verməsinə səbəb olub.

O, həmçinin bildirib ki, Rəcəb Tayyib Ərdoğanın açıqlaması İran üçün həzm edilə biləcək bir şey deyil.  

Məlumat üçün bildirək ki, Rəcəb Tayyib Ərdoğan İranın Yəməndəki Husi üsyançılarına dəstək verməsinin əleyhinə çıxıb.  

O qeyd edib ki, İran bölgədə hegemonluq iddiasındadır. Ərdoğan onu da əlavə edib ki, İran Suriya, İraq və Yəməndən qoşunlarını çıxarmalıdır.  

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə