Martın 28-də futbol üzrə 2016-cı ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsinin H qrupunda V turun oyunları baş tutub.
Modern.az-ın məlumatına görə, Azərbaycan milli komandası da növbəti matçına çıxıb.
Xorvat məşqçi Robert Prosineçkinin rəhbərlik etdiyi Azərbaycan ığmamız Bakıda Malta ilə qarşılaşıb. Oyun millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Cavid Hüseynov və Dmitri Nazarov vurub. Bununla da milli komandamız "Avro-2016"nın seçmə mərhələsində ilk qələbəsini qazanıb.
Bu matç R.Prosineçki üçün millimizdə ilk rəsmi oyun olub.
H qrupu
Azərbaycan – Malta - 2:0
Qollar: Cavid Hüseynov, 4 (1:0), Dmitri Nazarov, 90+2 (2:0)
Hakimlər: Halis Özkahya, Cem Satman, Ekrem Kan
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 17. Vüqar Nadirov, 20. Namiq Ələsgərov
Malta: 1. Hoqq, 2. Karuana, 3. Bezzina, 4. Borq, 5. Aqius, 17, R.Kamilleri, 8. Briffa (k), 11. R.Muskat, 16. Fenekh, 13. Şembri, 19. Effionq
Modern.az