Modern.az

Husi lideri: "Səudiyyə Ərəbistanını dağıdarıq"

Husi lideri: "Səudiyyə Ərəbistanını dağıdarıq"

Təhsil

29 Mart 2015, 10:00

Səudiyyə Ərəbistanı başçılığı altında olan koalisiyaya gücləri Sənadakı Husilərin hədəflərini bombalayıb.

Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Yəmənə aparılan hava bombardmanları səbəbiylə, Husilər əks-hücuma hazırlaşır. Husilərin liderlərindən biri Abdulmunim Qureyşi isə Səudiyyə Ərəbistanı təhdid edib:

"Əgər Səudiyyə Ərəbistan, təzyiq altındakı Yəmən xalqına qarşı hücumlarını davam etdirərsə, qarşımızdakı saatlarda döyüşçülər Səud rəhbərliyinin dağıdılması üçün Səudiyyə Ərəbistanında şəhadət əməliyyatları aparacaq"  

Hisilərin məlumatına görə, Yəməndə üç gün davam edən "Qasırğa"əməliyyatında ən azı 45 vətəndaş ölüb.

Xatırladaq ki, əməliyyata Səudiyyə Ərəbistan, Bəhreyn, Qatar, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Sudan, İordaniya və Misir qatılıb.    

Şahin Qocayev

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə